Naftalan sakinləri “Açıq mikrofon”da müraciətlərini səsləndirdi - VİDEO
"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Naftalan sakinlərinin ixtiyarına verilib.
“Səyyar qəbul otağı”nda səslənən 6 müraciətdən 2-si operativ fəaliyyət və ünvanlarda qazın təzyiqinin normal olması baxımından təşəkkür tipli olub.
Goranboy rayonu, Qızılhacılı kənd sakini Vidadi Eminov fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi və qapı keçidinin quraşdırılmasını xahiş edib.
Görüşdə ünvanlanan müraciətlər Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.