"TOGG" hansı özəlliklərə malikdir...
Türkiyənin ilk yerli elektrikli avtomobili (elektromobil) olan “TOGG” dünən – 29 oktyabr Cümhuriyyət Bayramı günündə ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın da qatıldığı sərgidə rəsmi olaraq tanıdılıb. Özündə bu günədək başqa avtomobillərdə nəzərə çarpmayan özəllikləri ehtiva edən “TOGG” avtomobilinin kütləvi istehsalı nə zaman başlayacaq? Qiyməti hansı aralıqda olacaq? Rəngləri və xüsusiyyətləri nədən ibarətdir? Bu və başqa suallarla əlaqədar araşdırmamızı oxucularımıza təqdim edirik.
Prezident Rəcəp Tayyib Ərdoğan sərgidə “TOGG” şirkəti və istehsal olunan avtomobilləri barədə bunları söyləyib:
"Togg Avropa yollarında tozu dumana qatacağı üçün o bazarlarda axtarılan texniki səriştə sertifikatına sahib olacaq. Ona görə də ümid edirəm ki, Togg-u 2023-cü ilin birinci rübünün sonunda yollarımızda görəcəyik. Digər bir məsələ, vətəndaşlarımızın bu elektromobilə necə sahib olacağıdır. Şirkət ətəndaşlarımızla vasitəçi olmadan görüşəcək. Gələcək nəsil avtomobil istehsalçıları kimi Togg da rəqəmsal və fiziki təcrübəni birləşdirərək, satış işini həll etmək qərarına gəlib. Vətəndaşlarımızın Togg sifarişləri fevral ayından etibarən ön satışla başlayır. Satışdan əvvəl sifariş şərtləri vaxtı gələndə şirkət tərəfindən açıqlanacaq. İndi diqqətçəkən nüanslardan biri də avtomobilin qiymətinin nə olacağıdır. Biz bu barədə də birlikdə qərar verəcəyik. Toggun qiyməti bazar şəraitində rəqabət qabiliyyətini təmin edəcək şəkildə müəyyən olunacaq.Gələn ilin mart ayının sonunda satışa çıxarılacaq məhsulun qiymətini açıqlamaq həm düzgündür, həm də qeyri-mümkündür. Düşünürəm ki, ilk satışı fevral ayında baş tutacaq avtomobilin qiyməti elə həmin tarixdə də açıqlanacaq”.
Batareyaları “Gemlik” fabrikində istehsal olunacaq “CSUV” modelinin akkumulyatorları 81 əyalətdə təxminən 800 fərqli nöqtədə quraşdırılmış yüksək sürətli şarj xüsusiyyəti ilə troqolarda 25 dəqiqəyə doldurula biləcək və 500 km-dən çox səyahət etməsi hədəflənəcək. Atomobilin 25 dəqiqə ərzində 80% şarj olacağı bildirilir. Həmçinin, holoqrafik köməkçi texnologiyası ilə sürücü gözünü yoldan ayırmaq məcburiyyətində qalmır.
Displey ekranında verilən məlumatlara daxil olmaqla yanaşı, sürücülər yol haqqında ətraflı məlumat da əldə edə biləcəklər.
“TOGG”, sürücüyə ehtiyac olmadan avtomobilin özünü park etmək kimi bir çox əməliyyatı edə biləcək.
Bir çox ağıllı sistemlərin istifadə olunduğu avtomobil, sadəcə elektrik avtomobili deyil, avtonom sürmə xüsusiyyətləri və uzaqdan idarə etmə xüsusiyyətlərinə malik ağıllı avtomobil kimi satılacaq. 200 və 400 at gücündə 2 fərqli güc təqdim edəcək “CSUV” və “TOGGs” növləri seçimdən asılı olaraq, 0-dan 100 kilometr sürətə 7,6 və 4,8 saniyəyə çatacaq.
Mənbə: Bizimyol.info