Dos. İlham Əhmədov: "Universitetlərin publik hüquqi şəxsə çevrilməsi problemlərin həlli yolu deyil"
Universitetlərin publik hüquqi şəxsə çevrilməsi problemlərin həlli yolu deyil
Dos. İlham Əhmədov
Növbəti maliyyə ilində təhsilə 4,4 milyard manatayrılacaq. Bu 9 il əvvəlki dövrlə müqayisədə 3 dəfə vəya 3 milyard manat çoxdur. Təbii, normal maliyyələşmə və düzgün xərclənmə olmasa, təhsilinkişaf edə bilməz. Normal maliyyələşmə zəruridir, amma bu kafi deyil. Başqa bir çox amillər də var. ETN-nin yaradılması ilə əlaqəli, elmin universitetlərdəinkişaf etdirilməsi, tədqiqat universitetlərinin yaradılması gündəlikdə duran mühüm məsələlərdir.
Bu gün universitetlərimizdə çoxlu problemlər var. Əsas problem, əvvəllər də məqalələrimizdə qeyd etdiyimiz kimi onların ehtiyacdan xeyli az səviyyədə maliyyələşməsidir. Son illər Universitetlərin inkişafını təmin etmək məqsədi ilə onları Pablik hüquqi şəxs(PHŞ) formatına keçirdirlər. Amma PHŞ -lərinyaradılması hələ universitetlərin mövcud problemlərinin həlli demək deyil. Bu ona oxşayır ki ... valideynlər övladından imtina edirlər ki, biz sənisaxlaya bilməyəcəyik, get özünü dolandır, halbuki, övladın müstəqil yaşaya bilməsi üçün valideyn hələ ona heç nə etməyib, yəni övladını müstəqil həyata, pul qazanmağa hazırlamayıb.
Bizim 6 universitetimiz PHŞ olub. Bu universitetlərin yaxşı təmir olunmuş korpuslarından başqa diqqəti cəlbedən heç nəyi yoxdur. Bu isə universitetə pulqazandırmır, əksinə heç bir binası olmayan və yüzminlərlə tələbəsi olan universitetlər var ki, yüzmilyonlarla pul qazanır. Deməli strategiya düz təyin edilməyib, investisiyalar vaxtında düz yönləndirilməyib, pullar elmin və təhsilin inkişafına yox, elm və təhsilə az aidiyyatı olan istiqamətlərə, əsasən də daşa -divara yönləndirilib.
Universitetlərin yeganə gəlir mənbəyi- təhsilhaqqından gələn pulları universitetlər elmə, innovasiyalara, texnologiyalara və ümumi inkişafaxərcləmək əvəzinə, əsasən təmir-tikintiyə sərf ediblər. Universitetlər son 30 ildə təmirə sərf etdiyi pulları universitetlərin real inkişafına, rəqəmsallaşmaya sərf etsəydilər, bəlkə də bu gün nə isə qazana bilərdilər, ortalıqda nə isə olardı və bu gün də universitetlərtexnologiyaların transferi, elm-innovasiya-kommersiyalaşma istiqamətində iş görə bilərdilər.
Digər tərəfdən universitetlərin çoxunun real, qanunisahibkarlıq fəaliyyəti barədə təsəvvürü, məqsədi, strategiyası yoxdur. Onlar nəinki elm və innovasiyaəsaslı pul qazanmaq, heç əllərində olan pulları da səmərəli xərcləyə bilmirlər. Bu gün bizdə sahibkaruniversitetlər olmasa da sahibkar rektorlarımız çoxdur. .... Son illər kreslosunu itirən rektorların biznes fəaliyyətlətini yada salmaq kifayətdir.
Görəsən son 30 ildə 50 universitetimizrəqəmsallaşmaya nə qədər vəsait xərcləyib? Bu məbləğAvropanın orta səviyyəli universitetinin bu sahəyə birildə xərclədiyi pula yaxınlaşırmı? Qeyd edim ki, son 10 ildə təhsil sisteminin, o cümlədən ATM-nininformatlaşdırılması istiqamətində heç bir dövlətproqramı qəbul edilməyib. (2005-2012-ci illərdə 2 dövlət proqramı olub).
Halva halva deməklə ağız şirin olmadığı kimi, universitetləri PHŞ etməklə də inkişaf mümkün deyil. Əvvəl universitetləri universitet etmək lazımdır, sonraisə onları PHŞ etmək olar. Bu məqsədlə universitetlərəciddi maliyyə yatırımı olmalıdır. Bu investisiyalar real inkişafa xidmət edən strategiyalara yönləndirilməlidir. Bundan sonra universitetləri PHŞ etmək düz olardı. Bu halda yeni təfəkkürlü rektorlar bəlkə də sahibkar universitetlər yarada bilərlərdilər.
Paralel.az