Sənə axıtdığımız göz yaşlarımız səndən çox idi, DƏNİZ!

Sənə axıtdığımız göz yaşlarımız səndən çox idi, DƏNİZ!
 

Səninlə bir arada olmaq, bir ömürü paylaşmaq çətin olduğu qədər də qürur vericidir. Mən səndən çox şey öyrəndim. Ancaq öyrəndiklərimin içində ən vacibi dik durmaq idi ki, bunu sarsılmaz əzəmətinlə sən öyrətdin.
Qəbul etsək də, etməsək də sən bizim ən sadiq dostumuzsan. Sən yeganə dostsanki, nə qədər əzab versən də səndən ayrılmaq olmur, çünki sən heç zaman xəyanət etmirsən.

Hər zaman çətin günlərimizdə Allaha (c) sığındıq, dərdimizi ona danışdıq, amma ürəyimizi sənə açdıq. Ən çətin günlərimizdə səninlə təskinlik tapdıq. Səninlə ovunduq.Göz yaşımızı sənə axıtdıq. Çünki yanımızda səndən başqa kimsə yox idi. Əslində sənə axıtdığımız göz yaşlarımız səndən çox idi. Ancaq sadiqliqlik ənənnə uyğun olaraq göz yaşlarımızı gizlətmək üçün onu öz suyunda yudun arıtdın.
Sən ey mənim dərd ortağım...
Sən ey mənim ruhumun qidası...
Sən ey anamdan uzaq günlərdə mənə ana kimi laylay deyən...
Sən ey cansız sayılan, ancaq canlı kimi nəfəs alan...
Sən ey öz içində heç bir çirkaba yer ayırmayan....

Sən ey mənim sevgili Allahımın mənə ən böyük hədiyyəsi sənin kimi dostum olduğu üçün Allaha (c) sonsuz şükürlər olsun.
Adına yüzlərlə şeirlər yazıldı, şərqilər qoşuldu. Sənə olan sevgi mürəkkəblə kağızla ifadə etməyə çalışıldı. Ancaq sənin haqqında yazılan heç bir yazı səni tərənnüm edə bilmədi. Allah (c) sənə elə bir gözəllik verib ki, səni kimsə tam vəsf edə bilmədi. Çünki O sənin vücudunda o qədər gizlilik yaradıb ki, onları aşkara çıxarmaq sadəcə Onun əlindədir. Hətta öz kitablarında belə sənə yer ayırdı.
Sənin haqqında çox söz yazmaq olar. Bəzən sənin haqqında nəsə yazmağa qələm belə acizdir DƏNİZ...

Müəllif: Məhərrəm Orucsoy

Paralel.az

0.040499925613403