Gürcü teatrı Akademik Musiqili Teatrın qonağı olacaq - FOTO
"Paralel.az" xəbər verir ki, 28 və 29 noyabr tarixlərində Gürcüstanın KoteMarcanişvili adına Tbilisi Akademik TeatrıAzərbaycan Dövlət Akademik Musiqili Teatrınınqonağı olacaq. Gürcü teatrının kollektivi dünya şöhrətli yazıçı Lev Tolstoyun “Kreyser Sonatası” əsəri əsasındaeyniadlı tamaşanı nümayiş etdirəcək.
Tamaşa 25-30 noyabr tarixlərində AzərbaycanRespublikası Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının “Şuşa ili”nə həsr etdiyi “4.4” QısaTamaşalar Festivalı çərçivəsində təqdim olunacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissorlarıLevan Tsuladze və Temo Kupravadır.
Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqitərtibatçısı Zura Qaqloşvili, video mühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıqoperatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissorassistenti Nino Jorjolianidir.
2 il öncə hazırlanan bu tamaşa maraqlı və qeyri-adisüjet xəttinə malikdir.
“Kreyser Sonatası” tamaşasına baxmaq istəyənteatrsevərlər biletləri şəhərin bütün mərkəzləşdirilmişkassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcədə “iticket.az” saytından əldə edə bilərlər.