"Səyyar qəbul otağı" Tovuz sakinlərinin ixtiyarına verildi - FOTO
"Tovuz rayonunun Cəlilli kəndində yeni yaşayış massivi tam olaraq qazlaşdırılıb və yaxın günlərdə sakinlərin ixtiyarına veriləcək. Bununla yanaşı, Hacılar və Kazımlı kəndlərində qazlaşma işləri davam edir".
"Paralel.az" xəbər verir ki, bunu Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Elman Qənbərov Tovuzda keçirilən "Açıq mikrofon" aksiyasında bildirib.
Görüş zamanı mikrofon önünə keçən Gülabatın Namazova və Ədalət Abdullayev Sarıtala kəndinin qazlaşdırılmasını xahiş ediblər.
Aksiyada ünvanlanan 15 müraciətdən 6-sı fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasından ibarət olub.
Digər müraciətlər arasında qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi kimi məsələlər yer alıb.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.