Sahibkarlarla növbəti görüş Lənkəran rayonunda keçiriləcək
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.
Aksiya Heydər Əliyev Mərkəzində (Şirəli Axundov küçəsi) baş tutacaq.
“Səyyar qəbul otağı” oktyabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.