Bu günümüzə gülək ya ağlayaq? 

Bu günümüzə gülək ya ağlayaq? 
 

Heç bir işin qulpundan yapışmayan insanların kənardan ona-buna ağıl verməsi nə zamansa indiki qədər qıcıq doğurmayıb. Çünki internet dövrüdür, Facebook- dan bunu eyni vaxtda minlərlə  insan görür, minlərlə insan tərəfindən paylaşılır, anlaşılır. Quş dimdiyindən tanındığı kimi, indi insan “Statusundan” tanınır. Yəni sosial şəbəkədə yazdığı qeyddən, mesajdan...                                                                       

Bir şeyi də deyim ki, çox pis qıcıq yaradan bu adamlara birtəhər dözmək olur, lakin qıraqdan sakitcə dayanıb haqsızın uğruna tamaşa edənlərə, Əl çalanlara isə dozmək olmur. Hecə deyirlər “əl çalırıq, əl çala- çala alçalırıq”.                                         

Belələri bir nəfər, yüz nəfər olsa nə var, çağırıb deyirsən ki, ay insan, ay kişi, sənin gördüyün işin adı filan şeydir. Adam da bu “filan”şeyi bir xeyli düşünər, bəlkə də yolunu başqa şəmtə salar...                                                                                                  

İndi danışacağım əhvalatın, təsvir etdiyim əsərin adını yazmayacağam, müəllifini də. Çünki onu hamınız oxumusunuz. Bir nəfər görür ki, şəhərdə getdiyi səmtdə xeyli insan yığışıb nəyəsə gülür. Yaxınlaşır, görür ki, balaca bir iti böyük bir it qabağına qatıb qovur. Adamlar da buna baxıb gülür, əl çalır. Bu tamaşanı görən adam isə başlayır ağlamağa. O, zəiflərə gülənlərə “acıyır”, ağlaya- ağlaya düşünür ki, məhz bu adamların belə etməsi üzündən həmin şəhərin əhli it günündə yaşayır. Bu “it günündə olmaq” ifadəsi ayrı bir söhbətdir.                                                                                 

Biləsuvarda, Cəlilabadda, İmişlidə, Masallıda, Lənkaranda dilimizdəki “it günündəsən”, ifadəsi təzadlı görünməyə bilər. Bizdən uzaq olan 186 km məsafədə, Bakıda isə kefi kök, günü ağ, görkəmi gözəl olan itlər çoxdur. Məsələ təkcə onların günü- güzaranında deyil ha... İnsanların toplum olaraq ağır günlər yaşaması bir yana, böyük şəhərin ən gözəl yerində də uzanıb qalmış, büzüşüb durmuş və itdən pis gündə olan adamları görmək olar. Sayı da az deyil. Onları görəndə adam fikirləşə bilər ki, itə nə olub ki ?! İt...bayaq incə- mincə bir xanımın qucğında daranmış və ətirlənmiş keçdi. Yaxud maşının dalından baxa-baxa gedirdi. Eləsi var quzuya oxşayır, eləsi var, pişiyə. Eləsi də var sanki cüyürdü. Bəzilərinin saçlarının parik olduğunu düşünürsən.                    

Bütün bunlardan sonra adam kiməsə “it günündə” deməyə çətinlik çəkir. Təzadlıdır, lakin daha təzadlısa odur ki, yenə də deyəsən, deməyə bilmirsən, it insanın ən yaxın dostuna çevrildi, ov eyvanı oldu, amma it mənfi çalar, söyüş yükünü itirmədi. Əsil təzad bundadır.                                                                                                    

Nə qədər təəcüblü olsa da təsərrüfatını it vasitəsi ilə qoruyan insan oğlu “it”sözünü söyüş kimi istifadə etdiyi halda qurda hörmət edir, ona dəyər verir. İt qurddan fərqli olaraq, bunu aşağılayır da, bu istifadə etməkdir. Niyə belə olduğunu izah etmək üçün tək bir dəlilimiz var. Dəlil deyəndə, əslində gördüyümüz və bildiyimiz bir gercəkdən söhbət gedir, it darana da sampunlanıb- ətirlənib qızıl boyunduruq və timsah dərisindən ağızlıq daşıya bilər. Ailə süfrəsinin ətəyində əyləşib, çini qabda quzu əti də yeyə bilər. Kondisonerli “Mersedes”-in arxasında və ya sarışın gözəlçənin qucağında çimərliyə də gedər. Lakin bunların hamısı, bu heyvana verilir. Hamsı sonda pay, yal və sığallamaq qismindədir. Onun özünün əldə etdiyi, qapdığı, qazandığı, aldığı deyil. Onun qurddan fərqi də budur. Əl və ev heyvanı olmaq ücün əhilləşməyən, qabağına atılan əti yeməyən, başqasının ovuna dişini vurmayan    qürurlu həmcinsinin özəlliyi bundadır.

Əlizadə Nəhmədağaoğlu, Paralel.az

0.016862154006958