AMEA institutlarının ETN-nə inteqrasiyasında əsas məqsəd ölkədə təhsil siyasətinin formalaşması və inkişafı olmalıdır
AMEA institutlarının ETN-nə inteqrasiyasında əsas məqsəd ölkədə təhsil siyasətinin formalaşması və təhsilin inkişafı olmalıdır
Dos. İlham Əhmədov
“AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərəcək.”
(https://azertag.az/xeber/AMEA_ile_Elm_ve_Tehsil_Nazirliyi_elm_siyasetinin_heyata_kechirilmesinde_birge_fealiyyet_gosterecek-2346293)
Çox yaxşı. Amma ETN-nin əsas funksiyası təhsildir, mövcud elmi fəaliyyət də ilk növbədə təhsilin inkişafına xidmət etməlidir. Bu səbəbdən AMEA və ETN-nin tabeliyinə verilən institutlar da ilk növbədə ölkədə təhsil siyasətinin həyata keçirilməsinə dəstək verməlidir. Amma AMEA-nın indiki və keçmiş strukturunda təhsil tədqiqatları aparılmayıb heç vaxt, belə bir ETİ-da yoxdur. Halbuki, ETN-nin işini səmərəli qurmaq üçün belə ETİ-na çox ehtiyac var. İndiki ARTİ sovet vaxtı qismən bu məsələlərlə məşğul olub, amma bu sahədə əsas tədqiqatlar Moskvada SSRİ PEA-da aparılırdı və o tədqiqatların nəticələrindən bütün müttəfiq respublikalar istifadə edirdilər. Bu səbəbdən ölkədə sırf təhsil tədqiqatları apara bilən elmi tədqiqat institutları yaradılmalıdır. ARTİ indiki elmi potensialı ilə bu işin öhdəsindən gələ bilməyəcək. İndiki zamanda ARTİ qarşısında heç belə məqsədlər qoyulmayıb da. Bu səbəbdən ARTİ son 10 ildə əsasən təlim mərkəzi kimi fəaliyyət edir. Təklif edirəm ki, ETN-nin tərkibində olan hər bir agentliyin nəznində bu agentliyin fəaliyyətinə elmi-metodik dəstək verən xüsusi ETİ-lər yaradılsın. Məsələn, "Peşə Təhsili Agentliyi"nin nəznində "Peşə Təhsili Problemləri ETİ", "Elm və Ali Təhsil" agentliyinin nəznində "Ali təhsilin Problemləri" ETİ, "Məktəbəqədər və ümumi təhsil" agentliyinin nəznində də eyniadlı müvafiq ETİ yaradılsın.
Digər tərəfdən bu günə qədər ölkədə təhsil sisteminin informatlaşması problemləri ilə məşğul olan heç bir ETİ və ya Mərkəzi yoxdur. Təhsil sisteminin informatlaşması sahəsindəki bütün uğursuzluqlar ilk növbədə prosesin elmi bazasının yoxluğu və vaxtında bu istiqamət üzrə ekspertlərin hazırlanmaması olmuşdur. ETN-nin nəznindəki 4-cü ETİ "Təhsilin İnformatıaşması problemləri" kimi adlandırılmalı və təhsilin bütün səviyyələri üçün informatlaşma məsələlərinin elmi təminatını həll etməlidir. Bu ETİ heç bir agentliyə tabe olmaya da bilər. Onun bir başa ETN-nin özünün tabeliyində olması daha yaxşı olar. Təhsilin elmi təminat sistemini qurmaq üçün ilkin yaxınlaşmada bu 4 ETİ kifayət edər. Gələcəkdə bu məsələlərə bir daha qayıtmaq olar və sistemi daha da optimallaşdırmaq olar. Bu ETİ-ları yaradılmasa, hər şey əvvəlki kimi qalsa, AMEA və ETN-nin inteqrasiyası real olaraq nə elmə, nə də təhsilə heç bir faydası olmayacaqdır. Hesab edirəm ki, indiki islahat mərhələsində bu elmi-təşkilati məsələlər hömən həll edilməlidir. Prosesin detallı izahını ETN-nin bu işə marağı olduğu halda təqdim edə bilərik.
Paralel.az