SƏBİR deyir ki...
Siracəddin Hacı:
"- Səbir gözləmə sənətidir, nemətdir, işdir, bacarıqdır;
- Sıxıntılara qarşı dirəniş gücüdür;
- Tərbiyə ilə formalaşır;
- Aktiv gözləmədir, istədiyinin gəlməsi, qazanılması üçün çalışaraq gözləməkdir;
- Hər işi vaxtında etməkdir;
- Beş dəfə yıxılsan da, altı dəfə qalxmaqdır;
- Ağılla bağı var – anlamaq səbri artırır;
- İradə ilə bağı var – davamlılığı sevir;
- İman səbrin anasıdır;
- Hədəf səbrə can verir – hədəfi olan səbirli olar;
- Sevgi qida qaynağıdır – sevən dirənər;
- Ümid səbri mayalayır – ümidi olmayan səbir etməz;
- Əmək səbrin sadiq dostudur – çalışan qazanar;
- Səbir qəzəb atəşini söndürər;
- Dinləmək, anlamaq, uğur səbir istəyir;
- Səbir insanı böyüdər – səbirsizin yaşı artsa da, ağlı, iradəsi, psixoloji gücü artmaz;
- Mərhəmətin meyvəsidir;
- Oruc və namaz səbir tərbiyəsidir – insanı həyat imtahanına hazırlayır;
- QURANİ-KƏRİM buyurur ki, ALLAH səbir edənlərlə bərabərdir, səbir və namazla Allahdan yardım istəyin – səbir etsəniz, dirənsəniz, ilahi yardım gələcək;
CÜMƏNİZ MÜBARƏK OLSUN, ALLAH AĞILINIZA, QƏLBİNİZƏ, İRADƏNİZƏ, VİCDANINIZA BƏRƏKƏT VERSİN, GÖZƏL İNSANLAR!"
Paralel.az