Əhaliyə xəbərdarlıq edildi -VİDEO

Əhaliyə xəbərdarlıq edildi -VİDEO
 
Səhər saatlarında Ukraynanın Kiyev şəhərində partlayışlar baş verib.

"Paralel.az" xəbər verir ki, paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

“Bütün xidmətlər hadisə yerinə yollanır. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!” - deyə Kliçko insanları ehtiyatlı olmağa çağırılıb.

Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze dronlarla hücum edildiyini bildirib.

Çerkası şəhərində İran istehsalı olan kamikadze dron məhv edilib.

0.033730030059814