Paralel.az bildirir ki, mütəxəssislər, normal cinsi həyat üçün D vitamininin əhəmiyyətli olduğu vurğulayıblar.
“Daily Star”ın xəbərinə görə, qida rasionunuzda kifayət qədər D vitamininin olmaması, cinsi həyatınıza mənfi təsir göstərər. Bu, həm qadınlar, həm də kişilərdə özünü biruzə verir.
“Mayo Clinic”in məlumatına görə, bu zaman cinsi istəyin azalması və orqazm kimi problemlər yaşaya bilərsiniz.
Ekspertlər deyirlər ki, həkim müayinəsindən sonra əlavələr qəbul etmək cinsi istəyinizi artırmağa kömək edə bilər.