Nişanlı Şəhid...

Nişanlı Şəhid...
 

VƏTƏNİMİN ŞƏHİD OĞULLARI.
          MURAD QURBANOV.

       Bakı böyük şəhər..Amma bu gün şəhər mənə olduqca kiçik gəldi.Böyük şəhəri kiçik edən İkinci Qarabağ Müharibəsində rəşadətlə döyüşən, ali məqama qovuşan cəsur Şəhidlərimiz ünvanı oldu.
       Gedəcəyim ev Səbayel rayonunda,20-ci Sahə adlanan ünvanda yerləşir.Maşından endim və yaxınlıqda yerləşən mağazaya daxil oldum satıcı yeniyetmə qiz idi.
      -Salam,qızım deyə, ona müracət etdim.
        -Salam xanım,buyurun,sizə nə lazımdır?
      -Qızım,üzr istəyirəm mən şəhid Murad Qurbanovun yaşadığı ünvana getməliyəm,onların ev ünvanlarını bilirsinizmi?
     Məni dinləyən satıcı qızın Murad adını eşitdiyi an gözləri doldu,o kipriklərin endirdi,səsi titrəyə-titrəyə:
       -Xanım,Murad bizim şəhid qardaşımızdır onların evini bu sahədə tanımayan insan yoxdur,buradan düz gedib sağa dönün,sonra sola,o yol sizi bir başa onların evlərinə aparacaqdır,şəhidlərin nə ünvanları,nə də özləri unudulmaz,onlar bizim üçün,müqəddəs Azərbaycan torpağının azadlığı uğrunda gedən döyüşlərdə Şəhid oldular.
       -Çox sağ ol qızım,minnətdaram,sizi də kövrəltdim söylədim və satıcı qızdan ayrıldım.Qızın söylədiyi kimi əvvəl sağa döndüm məhlədə üç evin qapısında Azərbaycanın üç rəngli bayrağı dalğalanırdı.Onların,yəni Muradgilin evini tapmaq mənim üçün çox çətin olmadı.Qapını döydüm qapını üzümə saçları ağappaq ağarmış,çöhrəsindən nur yağan,boylu-buxunlu bir ana acdı.Ananın ağ saçlarından bəlli idi ki,bu şəhidin anasıdır.Mən səsim titrəyə-titrəyə:
       -Salam,bura şəhid Muradgilin evidirmi?-söyləyərək anaya müraciət etdim.
      -Salam.Xoş gəldiniz,bəli düz ünvana gəlibsiniz,buyurun otağa.Mən ananın dəvətini qəbul edib, otağa daxil oldum.Paltomu məndən alan ev sahibəsi əyləşmək üçün mənə yer təklif etdi.Evdə anadan başqa iki xanım var idi.
        Ana gəlişimin məqsədini bilirdi,çünkü telefon əlaqəsi saxlamışdıq.Masa arxasına əyləşdikdən sonra ana özünü və digər iki qadını mənimlə tanış etdi.
        -Mən şəhid Muradın anası Mehriban xanım,bu xanımlardan biri bacım, İnglis dili müəlliməsi Lumuxanım,digər xanım qonşum Səbinə xanımdır. Masa arxasında əyləşdikdən sonra gözümə ilk dəyən Muradın çərçivəyə alınmış şəkli oldu.Onun baxışları o qədər dərin və mənalı idi ki,o şəkildən gözlərimi ala bilmirdim.Ana üzümə baxaraq:
        -Natəvan xanım öncə bir stəkan çay içək ondan sonra mən sizin verdiyiniz bütün sualları cavablandırmağa hazıram.Qonşu Səbinə xanım çay süfrəsi hazırladı.Masa üzərinə konfet,mürəbbə,xurma düzdü.Biz çayımızı içtikdən sonra biçarə ana söhbətə başladı.
        Ana Mehriban xanım,adı kimi çox mehriban dünyagörüşlü bir xanıma bənzəyirdi.Bir anda vurğun oldum bu ananın səlis,doğru-düzgün danışıq qabiliyyətinə,savadına,ilk baxışdan bu qadının Ali təhsilli olması özünü gözəl biruzə verirdi.Ana danışır mən onun qarşısında çox sıxılırdım,sıxıldığımı görən ana.
       -Natəvan xanım çəkinməyin,rahat əyləşin bu gün siz mənim oğlumu ziyarətə gəlibsiniz,sizi tanıdığım üçün çox şad oldum,doğrudur bu gün mənim üçün danışmaq çox çətindir, Şəhid anası olmaq özü bir şərəfdir,bu şərəfli adı daşımağın məsuliyyəti çox ağırdır,mən nə ilk,nə də sonuncu şəhid anası deyiləm.
      -Amma bir arzum var,Allah bundan sonra heç bir anaya Şəhid anası adını almağı nəsib etməsin.Sülh əminamanlıq şəraitində yaşamaq bu günkü və gələcək anaların ən böyük haqqıdır.
       -Bilirsiniz Muradım tək mənim oğlum deyildir,artiq onları bütün türk dünyası tanıyır,hamı Azərbaycan şəhidlərinin keçdiyi rəşadətli döyüş yolundan söz açır,onların şəkillərinə qürurla baxırlar.
        -Şəhidlər,müqəddəs varlıqlar,onlar bütöv Azərbaycanlı anaların şəhid övladıdırlar.Yəni, şəhid övladların hamısı biz anaların doğma övladlarımızdır.Onlar yalnız bir amal uğrunda,vətən torpağını mənfur düşmənlərdən azad etmək uğrunda gedən döyüşlərdə şəhid düşüblər.
       -Biz anaların yarası eyni yaradır,çünkü onlar eyni yaradan dünyalarını dəyişdiriblər.Ana danışır mən onu dinləyirdim.
        -M.Əzizbəyov adına Neft və Kimya İnistutunun Neft Mexanikası fakültəsinə 1984-cü ildə daxil olmuşam, 1989-cu ildə o İnistutu müvəfəqiyyətlə bitirmişəm.1990-cı ildə ailə həyatı quran Mehriban xanımın talehi ,demək olar ki, gətirmir,bu evlilikdən əvvəlcə İlahə adlı bir qız övladı dünyaya gəlir. İkinci övladı bizim qəhrəmanımız Murad, 1996-cı il mart ayının 23-də Cəlilabad rayonunda dünyaya gəlib.Bu uşaq hamı kimi dünyaya gəldi,amma o, dünyaya gələn uşaqların hamısından çox fərqli idi.Xəstəxanada işləyən həkimlər,tibb bacıları bu uşağa qeyri adı varlıq kimi baxırdılar.Uşaq sanki pəhləvan cüssəliydi,bütün xəstəxana işçiləri yeni dünyaya gələn uşağın qəribəliyindən söz açırdılar.
         Ana sevinə-sevinə övladına Murad adını verdi.Bu uşaq böyüdükcə yaşıdlarından çox fərqlənirdi. Ana min bir əzaba qatlaşaraq iki övladını,yəni İlahə ilə Muradı tək başına böyüdüb.Ata Rusiyaya işləməyə gedir və övladlarının yanına geri dönməyi heç düşünmür.Mehriban xanımın arxası dayağı yalnız öz valideyinləri- atası ilə anası olur.
       - Muradım cəmi 24 il ömür sürdü,onun ömür sürdüyü illər haqqında söz söyləməyə vaxt yetməz.Onun ömür yolunu vərəqlədikcə yeni- yeni səhifələr yaranır. O ətrafa şölə saçan günəşə bənzəyirdi. Günəş gecənin gəlməsi üçün çox tələsir,çünki o yerini aya verir.Mənim Muradım ölümü üçün çox tələsirdi. O arxasina baxmadan yəni məni,bacısını,onun övladlarını,nişanlısını qoyaraq ölmünə qaça-qaça getdi.
    - Murad uşaq yaşlarından çox fərqli böyüyüb, ata qayğısı nədir onu bilməyib,onun başına sığalı dayısı çəkib. O,yaşıdlarından çox seçilərdi,çox çılğın,bir yerdə qərar tutmayan bir uşaq idi.Anasıyla bərabər o da hər əzaba qatlaşar,istirahət etməklə deyil, daha ağır işlərlə maraqlanardı.Uşaq yaşlarında kiçik oyuncaqları sökür,onları yenidən eyni qaydada birləşdirərdi.Yaşadığı həyətdə qonşuların,uşaqların çox sevimlisiydi Murad.
        Onların evlərinin yaxınlığında bir xanım yaşayırdı.Bu xanım iş adamıydı.Bəzən elə olurdu ki,sübhə kimi işləyirdi,səhərlər bir iki saat yatıb dincəlmək istəyirdi,amma Muradın uşaqlarla etdiyi şən zarafatları, qəhqəhələri xanımın yatmağına mane olurdu.Nəhayət,bir gün həmən iş qadını Mehriban xanıma Muraddan şikayət edir.
          -Mehriban xanım,nə olar Murada söyləyin şən zarafatlarına bir az ara versin,mən yalnız həmən saatlarda yatmaq istəyirəm ,həmən an Murad və məhlə uşaqlarının səsləri mənim istirahətimə maneçilik törədir.
         Bir gün Mehriban xanım həyətdə toplaşan uşaqlara və Murada üzünü tutaraq.
      -Murad oğlum,bir az kənarda söhbət edin axı qonşumuz gecəni sübhə kimi işləyir,onun yatmaq üçün zamanı yalnız səhər-səhər olur,xanımın istirahət saatına siz mane olursunuz.Anasını dinləyən hazırcavab Murad,
     -Ana,mən nə edirəm ki,biz burada söhbət edirik,sən o xanıma söylə ki,gecəni-gündüzə,gündüzü-gecəyə çevirməsin.Vaxtında yatsın və yuxudan zamanında oyansın.Muradın söylədiklərini eşidən xanım otağda öz-özünə gülür,Muradın zarafatla söylədikləri onun çox xoşuna gəlir.

Murad Qurbanov 2002-ci ildə Salyan şəhər 2 saylı orta məktəbin birinci sinfində oxumağa başlayır. 2003-cü ilin sentyabrından anasının işi ilə əlaqədar olaraq şəhərə köçürlər. Baki şəhər,Səbayel rayon 51 saylı orta məktəbdə təhsilini davam etdirən Murad bu məktəbin ən dalaşqan və sevimli şagirdlərindən biri olur. 2012 –ci ildə bu məktəbi bitirən Murad Bakı şəhər Maliyyə-İqtisad Kollecinə daxil olur,həmən kolleci bitirdikdən sonra 2015-ci ilin iyul ayının 23-də Səbayel rayon Səfərbəyliy idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılır.
        Murad Tərtər rayonu Qaradağlı kəndində N saylı hərbi hissədə əsgəri ixidmətə başlayır.Onun xidməti - vəsifəsi özü yeriyən topların baş tuşlayıcısı idi.Mehriban xanım 2016-cı il mart ayının 23-də hərbi hissəyə gəlir və görüş alır. Bakıda bişirib gətirdiyi yeməklərə,şirniyyatlara oğlu ilə xidmət edən əsgərlərin hamısını qonaq edir.Komandir,polkovmik İlqar Mirzəyevlə görüşür.Oğlunu ondan soruşur həm də ürək sözlərini komandirə söyləyir.
 “Komandir mənim oğlum birdənədir,sənə tapşırıram,Muradıma göz-qulaq ol.
 İlqar Mirzəyev gülümsəyərək
- Mehriban xanım,sizin xəbəriniz yoxdur,evinizdə bir qəhrəman böyütmüşsünüz.Burada qulluq edən uşaqların hamısı mənim balamdır.
- -Arxayın olun!
- Mehriban xanım Bakıya gəldikdən 3 gün sonra “Aprel döyüşləri” başlayır. Bu xəbəri eşidən ana çox narahat olur O.Muradın komandiri-polkovnik Mübariz Qurbanovla əlaqə saxlayır.”Oğlumdan muğayat olun!”söyləyir.
- “ Mənim balamdan başqa kimsəm yoxdur ,komandir.Dəliqanlıdır Murad,sözəbaxan deyil,birdən ön cəbhəyə gedər.... nəbada onu önə buraxasınız”.
- Komandir Mehriban xanıma “Arxayın olun”! deyə cavab verir. Əslində döyüşdə Murada böyük ehtiyac var idi.Komandir ona Tərtərdə qalmağı əmr edir. Murad bilirdi bu işdə anasının əli var. Və üzünü komandirə tutaraq.
- -“ Komandır,anamdan nə qədər pul almısınız”? Əgər mən ön cəbhəyə yazmasanız nazirə şikayət edəcəm sizdən...Muradın qəfil verdiyi sual qarşısında komandir çox sarsılır.Uşağın həm iti düşünməsinə,həm də vəziyyətdən çıxış yolu üçün belə fikir uydurmasına məətəl qalır....Komandir əsgərə:
- -Əsgər Qurbanov,döyüşə getməsəydik,səni cəzalandırardım.,ancaq indi hazırlaş döyüşə gedirik.Hazırlaş, min maşına.Sən ön cənhədə doyüşəcəksən! Murad sevincindən özünü saxlaya bilməyib komandirə hərbi qaydada təzim etdi və sonra.
- - Komandir,özünüm ölüm,kişi adamsınız.Mən sizə yalan söyləyirdim. O, döyüşlər də baş tuşlayıcı kimi iştirak etmişdi.Aqdam rayonu Quzanlı kəndində,Tapqaraqoyunluda,Tərtər rayonun Qapanlı kəndində gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.Murad top komandiri ilə birlikdə düşmənin bir zirehli texnikasını və üç canlı qüvvəsini məhv edir.Mərhum Komandir İlqar Mirzəyevdən dəfələrlə Təşəkkürnamə alır.

Əsgəri xidmətini başa vurandan sonra Bakıya qayıdan Murad fiziki işlə məşğul olur.Muradın ən böyük arzusuydu özünün şəxsi maşını olsun.
         Əmək fəaliyyətinə Binə Ticarət Mərkəzində işləməklə başlayır.Uşaq paltarlı satılan mağazada satıcı işləyir.Və günlərin bir günü bu mağazaya bir qız və iki qadın gəlir.Qızı görən Murad bir anlıq özünü itirir sanki dili tutulur.Qız Murada müraciət etmək istədiyi an baxışları qarşılaşır.Qizin yanaqları qıpqırmızı olur başını köksünə əyir.Muradın qəlbi yarpaq kimi əsir ,sanki bu qız gözlərindəki sehirlə onun bütün varlığına sahib olur.Özünü zorla ələ almağı bacaran Murad.
         -Buyurun,sizə necə köməklik edə bilərəm?Qız gülümsəyərək bir uşaq paltarı göstərir,-o paltarın qiyməti neçəyədir,bir az böyük ölçüsü varmı?
       -Bizə hökmən o paltardan lazımdır,hər yeri axtarmışıq yoxdur,bu paltarların yalnız sizin işlətdiyiniz mağazada olduğunu söylədikləri doğruymuş.
        -Siz istəyən ölçü yoxdur bu yaxınlarda,yəni bir-iki günə gələsidir- söyləyir Murad.Elə bu vaxt sırf Bakı ləhcəsində danışan xanımlardan biri üzünü qıza tutaraq
-Qızım, Nəzrin, bu mağazada çox keyfiyyətli paltarlar var,baxdıqca gözümü paltarların gözəlliyindən çəkə bilmirəm satıcının vizit kartını al iki gündən sonra gələrik və yaxudda zəng edib həmən paltarın mağazaya gətrilməsiylə maraqlanarıq.Xanımdan bu sözləri eşitdikdən sonra Muradın sürətlə döyünən ürəyi sakitlik tapır usta aktyor kimi,üzünü Nəzrin adlanan qıza deyil,bir az yaşlı xanıma çevirərək:
      -Mənim adım Muraddır,xanım buyurun vizit kartımı və yaxudda siz mənə əlaqə nömrəsi verin sizin arzuladığınız paltar gələrkən mən hökmən sizə zəng edərəm.Ana ürəyinə heç nə gətirməyərək qızı Nəzrinin telefon nömrəsini Murada verir.Çünkü Nəzrin tələbəydi,Bakı Texniki Universitetində oxuyurdu,Binə Ticarət mərkəzinə gəlmək onun üçün çox asan idi.
         Onlar mağazanı tərk edib gedirlər sanki Nəzrin Muradın ürəyini də özüylə birgə aparır.Gecə-gündüz Murad yalnız Nəzrini düşünür.Bir uşaq paltarı onların əfsanəyə çevriləcək məhəbbəti üçün vasitəçi olur. Əvvəlcə hər iki ailənin üzvüləri bir-biri ilə yaxından tanış olurlar. Onların yerə-göyə sığmayan məhəbbətinə hamı həsəd aparır.İlk öncə gənclər yaxından tanış olur..Onlar biri-birini böyük məhəbbətlə sevirdilər.Nəzrin Muradı yerə,göyə,bütün insanlara qısqanırdı.Onların qoşa şəkillərini görən yaxınları çox sevinirdilər.Artıq onların həyatında yeni fəsil vardır,bu fəslin adı sevgi fəsli idi.O,fəslin heç bir zaman dəyişməyəcəyini düşünürdü Murad və Nəzrin.
Nəzrin yaxın rəfiqələri onları birliktə görərkən:
-siz biri-biriniz üçün yaranmış cütlüklərsiniz,söyləyirdilər.Artiq Murad hər bir arzusuna çatmışdı arzuladığı maşını almışdı,ona layiq olan qız qarşısına çıxmışdı.Murad maşınını göz bəbəyi kimi qoruyardı,hər gün maşınını yuyar,onun maşını bütün maşınlardan fərqlənirdi,çünkü təmizliyə riayət etməyi çox sevərdi.Hər gün məhlənin uşaqlarını maşına əyləşdilər və onları könülləri istədikləri qədər gəzdirirdi.
       Murad olduqca müasir,xüsüsi zövqə malik insan idi,onun istifadə etdiyi ətirlər belə qeyri-adi qoxulu olardı ,hər nə var onun gözəlinə sahib olmağı xoşlardı Murad.
          Sevgililər axşamçağı əl-ələ tutub dəniz sahilində isti qumlar üzərində ayaqyalın gəzməyi çox sevirdilər.Nəzrin qızılgülləri çox sevərdi,çiçək satanlar belə Murad üçün, hər gün çox gözəl,təbii qızılgül seçərdilər.Göydə uçan quşlar belə onların sevgisinə həsədlə baxardılar,onlar nakam sevgi dastanı yazan cütlüyə çevriləcəklərini xəyallarına gətirməzdilər.Əzrayıl belə qibtə etdi onların sevgisinə,zalım fələk Muradı Nəzrinin əlindən almağı bacaran müharibə alovunu yaratdı.
        Onların nişan məclisləri avqust ayının iyirmisində baş tutur.Murad hər zaman anasıyla qürur duyurdu,
-anam mənim arxam,dayağım,fəxrim vüqarımdır söylərdi.Mənim anam cəsur qadın olmasaydi bu gün mən belə Murad ola bilməzdim.
    Dünya görmüş ana bir gün oğluyla üz-üzə əyləşir və ürəyindən keçənləri oğluna söyləyir.
       -Oğul Murad,sən bilirsən ki,mən açıq sözlü insanam gizlinləri sevmirəm.İnşallah toyunuzu edək bir il birlikdə yaşayaq,sonra sizin üçün ayrıca ev alaq,siz Nəzrinlə ikiniz o evdə yaşayın.Anasının bu sözlərini sakit tərzdə dinləyən Murad.
        -Ana,sən nə söyləyirsən?mən sizsiz yaşamağı heç bir zaman qəbul etmərəm,mən öyrəşmişəm hər zaman evimizə qonaq gəlsin,insanlar ətrafımızda daha da çox olsun.
        -Heç bir zaman mən sakit həyat sürməyi bacarmaram.Ana mən qaynar qazana bənzər bir insanam,iki nəfərlik həyat mənlik deyildir.Bu söylədiklərini ana və oğul arasında gizli bir sirr kimi qalacaqdır.Sən varsan mən bu həyatda istədiyim kimi yaşamışam,sən olmasan, o həyat mənim üçün çox maraqsız olar,hər gün səni görməsəm,sənin səsini eşitməsəm mən yaşaya bilərəm ,Mehi.Sənsiz dünyam qara olar,qara.Allahsız yerdə əyləş,amma böyüksüz yerdə yox.Mən səninlə nəfəs alıram, sən olmayan evdə yaşamaq mənim üçün çox çətin olar,o ev mənə soyuq məzarı xatırladar.
         Sentyabrın 21-dən Cənəb Prezident,Ali Baş Komandan İlham Əliyev ölkədə qismən Səfərbərlik elan etdiyi gün. Bütün gənclər kimi Murad da Səbayel rayon Səfərbəyliy idarəsinə ərizə ilə müraciət edir.Və sonra qəlbinə belə bir fikir gəlir,hamı bilir ki,mən ailənin yeganə oğul övladıyam,özümdə nişanli,bəlkə anama hörmət edərlər məni müharibəyə aparmazlar
 Odur ki,Müdafiyə Nazirliyinə Səfərbərliy şöbəsinə onlayın ərizə ilə müracət edir.Anası evə gəldiyi an.
-Ana məni niyə çağırmırlar hamını müharibəyə aparırlar yalnız məndən başqa.Ana mən hökmən vətənimi qorumağa getməliyəm,çağırmasalar belə özüm gedəcəm.Biz torpaqlarımızı düşmənlərdən xilas etməliyik. Ana” Aprel döyüşlərində” gözlərim önündə həlak olan əsgər yoldaşlarımın qisasını nə zaman alacam? Yalvarıram mənə mane olma.Elə etmə ki,özüm taksi ilə birbaşa döyüş bölgəsinə gedim.
Nəhayət,gözlədiyi gün gəldi o da hamı kimi qonşularla vidalaşmaq istəyir.Yaxın qonşuları ona çox yalvarırlar,müharibəyə getmək fikrindən daşındırmaq istəyirlər.
-Oğul anan xəstədir,özün ailənin tək oğlusan,nişanlısan müharibə sənlik deyildir,nişanlını, bacın İlahəni,onun evladlarını kimə tapşırıb gedirsən,axı onların sənə böyük ehtiyacları vardır.Müharibənin bilinən və bilinməyən üzü çoxdur oğul.O,üzünü qonşulara tutur,həmişəki qaydada gülümsəyərək:
       -Məni dəyirmanın boğazına ölü atsalar,diri çıxaram,mənim üçün narahat olmayın.İnşalah müharibə bitdikdən sonra hamınılza bu həyətdə yenidən görüşəcəyəm.Aprel döyüşlərindən sağ-salamat döndüm,bu müharibədən də qalib əskər kimi geri dönəcəm.
 -Mən getməyim,o getməsin bəs kim getsin, otuz ildir vətən torpağı düşmən tapdağı altında qalıbdır,kim o torpaqları düşmən taptağından azad edəcək ,kim!? 

1988-ci ildə mənim anan bir tələbə qız idi.O illərdə başlanıb erməni-Azərbaycan münaqişəsi.1990-ci il 20yanvar faciəsi.Xocalı soyqırımı,Birinci Qarabağ savaşı,Aprel döyüşləri,Daşaltı,Tovuz hadisələri mənim komandirim palkovnik İlqar Mirzəyev,Generalımız Polad Həşimov- bir ölkənin genaralı xaincəsinə öldürülür bu gün mən adı əskər olan Murad müharibəyə getmək üçün qorxacam?- yox.Bu yol haqq yoludur,mən bu yoldan geri dönən deyiləm.
 - Möhtərəm analar,unutmayan biz oğullar, sizin oğullarınız deyilik,biz vətən üçün doğulmuşuq,vətən yolunda bu canımızdan keçməyə hazırıq.Bu gün biz vətənimizi azad etmək üçün gedirik,çünkü indiki körpələrin sakit həyat sürmələri bu müharibədən asılıdır.Bizim yaşadıqlarımızın, yaxınlarınızın övladları qorxu,təşviş içində yaşamalı deyildir.Onları Qarabağın qara dərdi məhv etməli deyildir.Onların gələcəyi parlaq olsun deyə bu gün biz gənclər o odun-alovun içinə atılmalıyıq.
 - Aprel döyüşlərində gözlərim önündə dünyasını dəyişən şəhidlərimizin övladları bu həyatda rahat nəfəs almalıdırlar.Salamat qalın qonşularım,məndən nigaran qalmayın,bizim yalnız sizin duallarınıza ehtiyacımız vardır söyləyərək hamıyla görüşüb yola çıxdı.
     Evləriylə 49 saylı məktəb arasında olan məsafə üçün cəmi on dəqiqəlik zaman lazım idi,bu yolu piyada getmək üçün onun səbri çatmır,çünkü qorxurdu,birdən avtobus gedər Murad çata bilməz.Taksiyə əyləşib məktəbin həyətinə çatdırmağa müvəffəq olur. Onun taksilərin arxasınca qaçmağı tələsə-tələsə taksiyə minməyi anbaan videoya çəkilir.O videonu izləmək çox çətin idi.Çağrışçıları yola salmaq üçün Səbayel rayon Səfərbərlik idarəsinin nümayəndələri də məktəbin həyətində idilər. Ana oğlunu çağırış məntəqəsində gördüyü an bir anlıq özünü itirir.Oğul elə geyinib gəlibmişdi ki,sanki toya gedirmiş.Ana oğlunu qucaqlayıb üzündən öpərkən burnuna qəribə ətir qoxusu gəlir.Amma biçarə ana oğluna heç nə demir..Murad axrıncı avtobusta əyləşir,hərbi formada olan ana yenidən avtobusa qayıdır,oğlunu təkrar qucaqlayıb son dəfə oğul qoxusunu ciyərlərinə çəkmək istəyir,amma oğul etiraz edir.
       -Ana,gör həyətdə nə qədər analar dayanıblar,axı onlarında ürəklərində oğullarına bir daha sarılmaq,sənin kimi oğullarının üzündən öpmək istəyirlər.
      -Oğul,bu gün mən tək sənin deyil,bu avtobusda əyləşən oğulların hamısının anasıyam,hamınızı bir-bir bağrıma basıb,üzlərindən öpüb sonra avtobusdan enəcəm.Beləcə ana müharibəyə yollanan oğulların hamısının üzündən öpür,sonra avtobusu tərk edir.
       Mehriban ana evə qayıdır və Muradın otağına keçir,oğlu nişan üzüyünü çıxarmış,xüsusi toy günü üçün aldığı ətirdən istifadə edərək müharibəyə yollanmışdı.Bütün analar kimi Mehriban xanımın yuxusu ərşə çəkilir.Hər gün qorxa-qorxa şəhidlər haqqında gələn məlumatları izləyir.Mehriban xanım üçün olduqca çətin oldu o günlər.Hərbi səfərbərlik idarəsində işləmək olduqca çətin idi,çünki ilk məlumat onların idarəsinə gəlirdi. 

Murad və digər çağrışçılar ilk öncə Ağcabədi rayonun aparılırlar,orda təlimlər bitdikdən sonra onları döyüş bölgələrinə bölüşdürürlər. Fizuli,Cəbrayıl və Hadrut rayonu uğrunda gedən döyüşlərdə rəşadətlə döyüşür. Murad əsgər yoldaşlarının arxa-dayağına çevrilir.. Hər döyüşdə düşmənlərdən komandirinin,döyüşçü yoldaşlarının,Xocalı facəsinin intiqamını layiqincə alırdı.Mənfur düşmənləri məhv etdikcə ürəyi rahatlıq tapırdı.Yoldaşlarının qeydinə qalmağı o özü üçün müqəddəs borc sanır, bura da belə şən zarafatlarında əl çəkmirdi..Bir dəfə əsgər yoldaşlarından biri qıçından qəlpə yarası alır,oğlanın qanı dayanmır,Murad özlüyündə düşünür ki,Təcili yardım bu bölgəyə gəlib çıxanadək əsgər yoldaşlarını itirə bilərlər.
      Yadına bazardan alınan göyərti dəstələrinin bağlandığı söyüd çubuqları düşür,gözünə dəyən söyüd ağacının nazik qollarında kəsir və oğlanın qıçını möhkəm-möhkəm bağlayır, bu yolla qanaxmanın qarşısını alır.Onlar yaralı oğlanı növbə ilə çiyinlərinə götürərək tibb məntəqəsinə çatdırırlar.Düşmən taptağından azad olunuan hər bir kənd,hər bir rayon onları döyüşlərə daha da ruhlandırır.Qələbə gününün yaxınlaşmasını səbirsizliklə gözləyirdilər.Düşmənin məhv etdikləri tikililəri-evləri gördükdə bunları düşünürdü:
 -Zaman gələcək bu torpaqlar yenidən abadlaşacaq,o zaman biz qürurla bu torpaqlara istirahət etmək üçün gələcəyik.Gözləri önündə bir anlıq nişanlısı Nəzrinlə buralarda necə istirahət edəcəyi canlandə,amma.ömürün ona vəfasız olduğundan hələki bixəbər idi Muradım.
Bir gün Murad əsgər yoldaşlarından birinin çox qəmgin-qəmgin əyləşdiyini görür.Murad əsgərə yaxınlaşın ondan haralı olduğunu,ailəsi haqda məlumat almağa çalışır.Həmən əsgər sadəcə bunları söyləyir,Sabirabad rayonundanam valideyinlərim yoxdur,yetiməm.Əsgərin ürəkdağlayıcı cavabları Muradı sarsıdır,amma bu halını əsgərə bildirməyərək ona bunları söyləyir.
-Sən, üzülmə mənim anam sənin də anandır,telefon əlaqəsi saxladığım zaman səni anamla danışdıracam.Müharibə bitdiyi zaman səni evimizə aparacam,bizimlə birgə Bakıda yaşayacaqsan,mənim anam sənin də anan olacaq.
Muradı dinləyən əsgərin sevincdən uçmağa qanadı olmur,üzünü əsgər yoldaşlarına tutaraq
-müharlbə bitdikdən sonra,Murad məni evlərinə aparacaq onların ailəsi ilə birgə Bakıda yaşayacam söyləyir.  

Lakin sabahki həll edici döyüşdə yəni Hadrut rayonu uğrunda gedən döyüşdə Murad və həmən əsgər bir yerdə yanaşı uzanmışdılar.Qəlpələr hər iki gəncin cəsur ürəyini susdurmağı bacarmışdır.Onların qanları Hadrut torpağını qıpqırmızı etmişdi.Onların və digər əsgər yoldaşlarının qanı ilə suvarıldı torpaq.

Elə bu zaman Muradın telefonuna zəng gəlir telefona cavab verən əsgərlərdən birinə bu sözlər söylənilir.
-Mən bu gün həyatda sağ-salamatam Murad, sənə təşəkkürümü bildirmək istədiyim, üçün zəng vurdum.Onu dinləyən əsgər yoldaşı zorla bu cavabı verir
-Artiq Murad yoxdur,Murad ən ali zirvəyə Şəhidlik zirvəsinə qovuşdu.Sənə can verən,səni yaşatmağı bacaran Murad artıq yoxdur o, cansız cəsədə döndü.
İki gün idi ki,ana övladıyla əlaqə saxlaya bilmirdi,yazdıqları mesajlara etdikləri zənglərə cavab verməyirdi Murad.
Nəhayət,İlahənin etdiyi zəngə cavab verilir,amma bu səs Muradın səsinə oxşamırdı.Yad insanın səsini eşidən İlahənin bir anlıq səsi tutulur,özünü zorla ələ almağı bacaran İlahə
-Siz kimsiniz,mənə qardaşım Murad lazımdır söyləyir.Telefona cavab verən şəxs:
-Xanım burada yaralı çoxdur siz qardaşınızın şəklini bizə göndərin,şəkili görəndən sonra biz sizə doğru,düzgün cavab verə bilərik. İlahə qardaşının şəklini onlara göndərir və bir azdan onlar İlahəyə Muradın şəklini göndərirlər.Muradın gülümsər çöhnəsi qanına qəltan olmuşdu.Onun bu şəklini görən İlahə
-Muraaaad!!!!!? Deyə elə qiyyə çəkir ki,bütün məhlə onun qışqırıq səsinə onlara toplaşır.
 Həmən gün Muradla bir gündə cəbhəyə yollanan Əlinin nəşəni evlərinə gətirmişdilər.Mehriban ana qonşusunun cəsədini qəbirstanlığa yola salan insanlarla bir yerdəydi. Biçarə ana hardan bilərdi ki, bir azdan onun Muradının şəhidlik xəbəri gələcək.
Ana bunları bilirdi ki, onun oğlu bivəfa deyildir,o anasına sadıq,vəfalı olan bir övladdır.
Nəzrinin atası,qardaşı yox idi.Murad Nəzərinə söz vermişdi,sənə həm ata,həm qardaş həmdə sadiq ər olacam.Biçarə Nəzərin bir gündə ona söz verən üç yaxın insanı əvəz edəcək nişanlısını itirdi.

Onun yolunu həsrətlə gözləyən İlahəyə qardaş,övladlarına dayı ola bilmədi Murad.
Həmən gün 20-ci sahədə nə qədər uşaq boynu bükük qaldı onları bir olan Allah bildi,qohumların,qonşuların həmən gün başlarına sanki göydən od ələndi.Həmin gün Muradın cəsədini Bakiya böyük izdiham gətirdi, evləri çox kiçik olduğunda onun cəsədi həyətdə qoydular.Ana oğlunun tabutunu açır,oğlunun üzündən,gözlərindən doya-doya öpür.Onun cəsədi belə gülümsəyirdi, oğlunun qanlı çöhrəsində baxan ana yalnız bunları söyləyir.
-Oğlum ölümə gülə-gülə tabe olur,mənim oğlum,acılar içində böyüdü amma həyatı gülə-gülə seyr edərdi,bugün oğlum düşmən mərmisini gülər üzlə qəbul edibdir.
Səhəri gün böyük izdiham onu Badamdar qəsəbəsində yeni salınmış Şəhidlər xiyabanına yola saldı.Həmən gün bir ananın ürəyi yaralandı,bir nişanlı qızın nişan üzüyü taxılan barmağı yara bağladı.
Biçarə ana yalnız bunları söyləyə bildi
- Murad,bu böyüklükdə Bakı şəhəri sənə dar gəlirdi,özünə geniş şəhərdə yer tapa bilmirdin,bu kiçik tabuta necə yerləşdin oğul?!
- Aldığın bəylik kostyumu evdə asılı qaldı,ağ kəfəndən özünə bəylik paltarı biçdirdin!
- Bəylik otağını qara torpağa dəyişən, ay bala,axı mən səni min əziyyətlə böyütdüm!!
- Bu nə gündür yaşatdın mənə oğul.Bu gündən belə sənin məzarın mənim görüş yerim olacaq canım oğul.!Mən sənsiz bir gün ayrı yaşaya bilmərəm söyləyən vəfalı oğul,bəs mən sənsiz necə yaşayacam!?
- Allahım övlad dərdi nə zülümlü dərddir,ciyərimin başı yandı, ya Rəbbim.Mən oğlumun toyunu görməyi arzulamışdım,cəsədini qucaqlamağı deyil.
- Vətənə olan borcunu layiqincə yetirən oğul,bəs mənə olan borcunu nə tez unutdun.Axı ananı məzara çiyinlərində oğul aparar,məzara oğul təhvil verər,Allahım ürəyim yanır amma tüstünü görən yoxdur.
- Oğluma Murad adını verdim ki,hər Muradına yetsin amma..........
 Bütün yaralar sağalar,bütün dərdlərə dərman tapılar amma övlad yarası heç bir zaman sağalmaz.Bu yara qaysaq bağlasa belə bir yerə toxundumu yenə o yaradan qan axar.
       Bəylik kostyumu qarderobunda asılı qalan Murad,xonçaları,toy bazarlığı bağlı qalan Murad nə tez vurğun oldun qara torpağa,axı Nəzrin səni çox qısqanırdı.Səni ağuşuna alan torpağ Nəzrindən də qısqancmış.O sən Muradı Nəzrinə çox qısqandı,səni onun qolları arasından zorla alaraq öz qoynunda bərk- bərk qucaqlamağı bacardı. Muradın ölüm xəbərini qəbul etməyən Nəzrin “axı mənə söz vermişdin,məmə həm ata,həm qardaş,həm də həyat yoldaşı olacaqdın.Nə üçün verdiyin sözə əməl etmədin!? Söylədi və qara ,uzun ,buruq-buruq saçlarını onun tabutu üstündə yolub küləklərə verdi.
        Bu günlər Badamdard qəsəbəsində şəhidlər üçün salınan məzarlıqda səkkiz şəhid məzarı var.Onlar bir ailənin doğma oğullarına bənzəyirlər.Hər həftə o məzarları ziyarət edən bir ana var, səkkiz şəhidin anası Mehriban xanımdır.O ana bu məzarları oğlu Muradın məzarından ayırmayır.Biçarə ana tək oğlunun məzarı üstə ağı söyləmir,səkkiz məzarın tən ortasında dayanır və ürək dağlayan ağılar söyləyir.

Muradın yaşı az idi,amma o kiçik yaşıyla iki böyük müharibə gördü,Aprel döyüşlərindən alnı açıq çıxdı.Amma ikinci Qarabağ döyüşlərində tarixlərə ad yazdı.Şəhidlik zirvəsinə qovuşdu,vətənin alnına yazılmış qara ləkəni təmizləyən şəhidlərdən biri oldu Murad.Onların qanları axıdılan torpaqlarda zaman gələcək güllər- çiçəklər bitəcəkdir.
          Ölümündən sonra Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə dörd ordenlə təltif olundu Murad.
        Muradın qəlbində bir arzusu varmış anası Mehriban xanımla birgə Kərbübəlaya ziyarətə getmək.Bu arzusu da digər arzuları kimi ürəyində qaldı.Amma bu gün bütün şəhidlərimiz kimi onun da şəkli Kərbübəla divarlarını bəzəyib,özü gələ bilmədi amma ruhu İmam Hüseyn ruhuna qovuşdu,Şəhidlərin ruhları bir-birlərini göylərdə salamlar.
           Murad uşaqları çox sevirmiş, hələ dünyaya gəlməyən övladı üçün sevdiyi paltarları alıb saxlardı.Dünyaya gələcək oğlu üçün doğum evindən çıxarılacaq gün geymək üçün kastyumunu belə almışdı.Bacısı İlahə zarafatla:
-Murad bəlkə ilk övladın oğlan deyil qız olacaq o zaman bu kastyumu nə edəcəksən? söyləyəndə o gülümsəyərək,
-Bacıcan, sən narahat olma mən qızıma oğlan paltarı geyindirər və onu xəstəxanadan oğlum üçün aldığım paltarda çıxararam.Lahə(Murad İlahəyə,Lahə deyə müraciət edərmiş)unutma sənin qardaşında arzular,planlar bitib tükənən deyildir.
Amma onun bitib tükənməyən arzularının hamısı ürəyində qaldı, ürəyinə tuşlanan namərd gülləsi onun arzularının çiçəklənməsinə imkan vermədi,bütün arzuları Muradla birgə məzara köç etdi.
       Bu gün səndən yadigar qalan,məzarın və məzar daşın,maşının, özünə və arzusunda olduğun övladına aldığın rəngarəng paltarlar,lal baxışlı şəkillərin,bitib tükənməyən xatirələrin,mesajların və nişanlın Nəzrinə yazdığın öncədən görmə səsli mesajin:
-“Sevgilün gedir müharibəyə,qaldun evlənməmiş dul” bu səsi dinləmək insan üçün bir əzabdır.Murad bu sözləri elə böyük yumor hissiylə söyləyir ki,onu dinləyən insan yalnız bunları düşünə bilər,Murad müharibəyə deyil,yüksək səviyyəli görüşə gedir.(Muradın səsli mesajlnı dinlədim,sözləri necə söyləyibsə, eynilə yazdım).
       Əslində Murad əsgəri xidmətə yararsız idi.7 faiz görmə,ayaqlarının altı düz,bir qolunda sınığı olan bu dəcəl oğlan əsgərliyə getməli deyildi.Lakin bütün bu göstəricilərə baxmayaraq o,əsgər getdi,vətənə xidmət borcunu layiqincə yerinə yetirdi. Vətən müharibəsində yaşıdlarından geri qalmadı və sonda əbədi yaşar Murada çevrildi.
- Sən ölmədin, Murad,gedən cismin oldu,ruhun hər zaman əzizlərinlə birlikdədir.Son zamanlar məhv edilən çürüyən ağaclar deyil,cavan xan çinarlar oldu.Qırx dörd gün sürən İkinci Qarabağ Müharibəsi bizdən çoxlu can aldı,o canlardan biri iyirmi dörd yaşlı Murad Qurbanovdur.
 “ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ”.
S.o.n.

Paralel.az

 
0.013817071914673