Subhanallah deyir ki...

Subhanallah deyir ki...
 

Siracəddin Hacı:

"- səbəhə (s-b-h) davamlı hərəkəti ifadə edir;
- Allahı da, insanı da tanıdır;
- Allah sabitdir, dəyişməz, dönüşməz;
- İnsan kainat davamlı hərəkət, dəyişim, inkişaf halındadır;
- Hərəkətin, dəyişimin, inkişafın qanunlarını qoyan Allahdır;
- İnsan ilahi hərəkət, dəyişim, inkişaf qanunundan imtina etsə, ilahi nizamdan çıxsa, dəyərini itirər, bədəni, ağlı, ruhu xəstə olar;
- Dəyişimə, inkişafa, hərəkətə açıq ol, ey insan;
- Ağılın hərəkəti oxumaqdır, elmdir, düşünməkdir oxumayan, elm öyrənməyən, düşünməyən ağıl ölü ağıldır;
- Qəlbin hərəkəti iman etməkdir imansız qəlb çürüyər;
- Vicdanın hərəkəti mərhəmətdir rhəmət yoxdursa, vicdanın üstü örtülmüşdür;
- İradənin hərəkəti doğrunu seçməkdir seçməyən iradə anlamını itirmişdir;
- SUBHANALLAH demək ilahi nizama rəkət, dəyişim, inkişaf qanunlarına qoşulmaqdır, bu yasaları qoyan ALLAHA şükürdür;
- SUBHANALLAH deyir ki, qüsursuz, nöqsansız, ehtiyacsız bir, bircə, tək bir varlıq var, O da ALLAHDIR, mükəmməl olan sadəcə ODUR;
- İnsanın qüsursuzluq iddiası allahlıq iddiasıdır, şirkdir;
- İmamların qüsursuz, günahsız olması imkansızdır, yalandır r ehtiyac bir qüsurdur, nəfəs almaq, yatmaq, yemək... insanın ehtiyaclarıdır;
- İnsanın qüsursuz, günahsız olmağa gücü çatmaz, o, sınırlı varlıqdır;
- Ey insan, mükəmməl olmağa çalışma, narsistlikdən uzaq dur, mükəmməliyyətçilik psixoloji xəstəliklərə yol açar, insanın dəyərini, anlamını öldürər, hərəkətin, dəyişimin, inkişafın yolunu bağlayar. Sən əlindən gələni et, nəticəni Allahdan istə;
- Qüsurlu, ehtiyaclı, sınırlı olan insanın vəzifəsi qüsursuz, ehtiyacsız, müəkəmməl olan Allaha təslimiyyətdir;
- Allaha təslim olan Onun buyurduğu kimi yaşayan hüzura, anlama, dəyərə qovuşar, xeyirli olana yönələr, yönəldər, zərərli olandan çəkinər, çəkindirər;

CÜMƏNİZ XEYİRLİ OLSUN, ALLAH GÜNÜNÜZÜ HƏRƏKƏTƏ, BƏRƏKƏTƏ, DƏYİŞİMƏ, İNKİŞAFA ÇEVİRMƏYİ NƏSİB ETSİN, GÖZƏL İNSANLAR!

Amin!"

Paralel.az

0.052870035171509