Görüntüləri yayılan malikanə kimindir?- VİDEO

Görüntüləri yayılan malikanə kimindir?- VİDEO
 

Müğənni Nəfəs bahalı evi ilə gündəmə gəlib. 

"Həmin Zaur" verilişinə qonaq olan sənətçinin yeni malikanəsinin görüntüləri nümayiş olunub. Nəfəs villasını 270 min AZN-ə alıb.

Müğənni bu günə qədər şəxsi evinin olmadığını, uşaqlıq illərindən kirayədə yaşadığını deyib:

"İllərlə çəkdiyim əziyyətimin bəhrəsidir. Pulunu tam ödəməmişəm. İnsanlar elə qəribə baxırlar ki, görəsən, haradan alıb? Mən evsiz böyüyən bir qız olmuşam. Ona görə çox şükür Allaha ki, bizim evimiz var. Ailəmlə 2009-cu ilə qədər kirayədə yaşamışıq".

Paralel.az

0.015975952148438