Professorun rəhbərlik etdiyi iş plagiat çıxdı və...

Professorun rəhbərlik etdiyi iş plagiat çıxdı və...
 

İdris Abbasov:

"FƏLSƏFƏ DOKTORU ELMI RƏHBƏRI DARMADAĞIN ETDI – PROFESSORUN RƏHBƏRLIK ETDIYI IŞ PLAGIAT ÇIXDI VƏ GERI QAYITDI

Antiplagiat proqramı ilə məhdudlaşmaq yanlışdır.

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsində dissertasiya müzakirəsi keçirildi. Rəyçi qismində çıxış edən şöbənin əməkdaşı, gənc fəlsəfə doktoru, italyanşünas Gunel Bayramova müstəhqir plagiat faktlarını ortaya qoydu və məşum dissertasiya yenidən işlənməsi üçün elmi rəhbərin hüzuruna geri qaytarıldı. Sən demə, bəh-bəhlə sığındığımız möhtərəm antiplagiat proqramımız xarici dillərdən Azərbaycan dilinə tərcümə olunub oğurlanan mətnləri aşkarlamaqda acizdir. Deməli, insan beynini heç bir cihaz əvəz edə bilmir.

Təəssüf ki, çox vaxt rəyçilərin səthi yanaşmaları, digər niyyət və davranışları ucbatından bu qəbildən olan neçə-neçə saxta işlər sonda AAK tərəfindən diplomlarla təltif edilir, formallıq və fırıldaqlardan cana doymuş milli elmimizin biabırçı mənzərəsi yaranır.
Qoy elmi rəhbərlər, rəyçilər, opponentlər, ekspert qismində çıxış edənlər məsuliyyətli olsunlar!
Gəlin, vicdanımızın səsini dinləyək! Kimi aldadırıq? Özümüzü?! Son sığınacağımız olan dövlətimizi, xalqımızı?!
Axı biz xalqın düşünən başı, döyünən ürəyi olmalı, uzağı görməliyik, təkcə qarnını güdən, həqiqətləri ört-basdır edən intellektual satqınlar olmamalıyıq.
Təcrübəsiz dissertantları tovlayıb elmin, mənəviyyatın başına oyun açmağın aqibətini heç dərk etmirsinizmi?! Dissertanta rəhbər olmaq üstündə dava etməkdən heç utanıb-qızarmırsınızmı? Niyə dava edirsiniz? Məram və məqsədiniz göz qabağında. Ar olsun!
Bu gün xaricdə erməni daşnaklarının səfirliklərimizə hücumlar təşkil etdiyi, diplomatik nümayəndəliklərimizə meydan oxuduğu bir vaxtda (mən hələ torpaqlarımız uğrunda qurban gedən Vətən övladlarını demirəm) siz şəbəkə qurub xalqın təcrübəsiz övladlarını tovlamağı, saxtakarlıq etməyi, vecsizliyi və vicdansızlığı necə alim namınıza sığışdırırsınız? Bilin ki, bu fəaliyyətiniz düşməninkindən heç də az zərərli deyil...
Dissertasiyanı dərindən araşdırıb obyektiv rəy verən, cəsarət və əzm nümayiş etdirən G.Bayramovaya təşəkkürümü bildirirəm.
Nə yazıq ki, müdafiə şuralarından tutmuş AAK-a qədər obyektiv rəyçilərimiz yox dərəcəsindədir.
Elmi rəhbərlərin dissertant, doktorant üstündə dava etmələrinin səbəbi yəqin ki, çoxuna aydındır və ya aydın oldu. Saxta dissertasiya və ...
PS. Elmi mühitdəki ümumi vəziyyəti bir daha diqqətə çatdırmaq istədim. Ona görə də, bu dəfə müzirlərin ayrı-ayrılıqda adlarını çəkib xüsusiləşdirmədim. Vəziyyət isə hələ də düzəlməyə yox, pisləşməyə doğru gedir... Bu sahədə mübariz potensial, demək olar ki, yoxdur, çünki akademşəbəkə təşviqata ciddi mane olur."

Paralel.az

0.090944051742554