Qazilərin müraciətini “Azəriqaz” İB yerinə yetirdi - VİDEO

Qazilərin müraciətini “Azəriqaz” İB yerinə yetirdi - VİDEO
 

 

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyi bir ailənin iki qazi üzvü Nəriman və Mirbala Abdıyevlərin müraciətini qısa zaman ərzində həyata keçirib. Tovuzun Aşağı Öysüzlü kənd sakinlərinin istəyi əsasında fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.

Qeyd edək ki, 1-ci Qarabağ müharibəsi qazisi Nərimanın şərəfli yolunu oğlu Mirbala Vətən müharibəsində layiqincə davam etdirərək qazi olub.
Tovuz rayonunun Düz Cırdaxan kənd sakini, Vətən müharibəsi qazisi Təbriz Qarazadənin müraciəti isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Birliyin operativ səyi nəticəsində qazinin istəyi uzun zaman keçmədən öz həllini tapıb.

Daha ətraflı:

 

0.042604923248291