İran ilə Rusiya arasında razılaşma var

İran ilə Rusiya arasında razılaşma var
 

Siracəddin Hacı yazır...

"İran molla diktaturası zalımın və zülmün yanında yer aldı, Putinə kəşfiyyat və savaş dronları satdı, satır, satacaq, zalım Putin də bu dronlarla halal vətənini qoruyan cəsur Ukrayna əsgərlərini, qadınları, uşaqla, qocaları öldürür. Molla diktaturası bu silah yardımını nəyin qarşılığında edir?

- Rus şovinizminə bağlı Putin diktatorluğu ilə xurafələrə bağlı molla diktaturası arasında siyasi əlaqə var, Putin çöksə, molla rejimi də çökəcək bir-birini dəstəkləyərək, bir-birindən yararlanaraq ayaqda durmağa çalışırlar;
- Molla rejimi Putinə deyir ki, Azərbaycanla Ermənistanın barışmasına izin vermə, barışsalar, ikisi də güclənəcək, Rusiyanın da, İranın da Güney Qafqazda təsiri zəifləyəcək;
- Barışsalar, Türkiyə, Avropa Güney Qafqaza yerləşəcək, Rusiya və İran üçün böyük təhlükələr ortaya çıxacaq;
- Molla rejimi Putinə deyir ki, mənim gücüm çatmır, sən Zəngəzur yolunun açılmasına izin vermə, bu yol açılsa, bölgədə Azərbaycanın, Türkiyənin,Ermənistanın, Avropanın gücü artacaq;
- Molla rejimi Rusiya vasitəsi ilə blokadadan çıxmağa çalışır;
- İşğalçı Rusiyaya silah satır, pul qazanır;
- Rusiya İranın enerji sektoruna maya qoyur İran da bundan yararlanaraq daxili böhranın təsirini azaltmağa cəhd göstərir;
- Rusiya yasaqlardan qurtulmaq üçün İran ərazisindən yararlanır;
- Rusiya İranın nüvə silahı əldə etməsinə yardım vəd edir;
- Molla rejimi düşünür ki, Rusiya ilə əməkdaşlığı gücləndirsəm, Avropa tətbiq etdiyi yasaqları yumşaldar, İranı öz tərəfinə çəkmək üçün addımlar atar, molla rejimi də bu imkanlardan istifadə edərək böhrandan çıxar;"
 
Paralel.az
0.016446113586426