İdris Abbasov: "Məktəbdən başlanan milli fəlakət..."

İdris Abbasov:
 



"Gör, millətin başbilənləri rolunda kimlər çıxış edir? Bəhramlar, Əqillər, Firüdünlər və bunların homoloqları. Hamısı da məktəbdə şagirdlər arasında baş verən və pis presedent yaradan insidentləri "nə olsun ki?" deyib təşviq edir, məsuliyyətsiz və aidiyyətsiz açlqlamalar verirlər. Nə keflərinə? Vaxtında ölkəni dağıdıb ciblərini doldurublar, cəzasızlıqdan vəcdə gəliblər, olublar "ZİYALI!" Özlərinə, uşaqlarına, ya nəvələrinə bir şapalaq ilişdirsələr, həmin adamı türmədə çürüdərlər. Özlərinkini bala sayıb başqalarınkına biganə qalan bu zatların Allah başlarına gətirsin!
Harınlamışlar üçün hüquq cəmiyyəti və qanun buxovdur. O buxovu sındırıb hədəflərinə çatıblar. Allah bəlalarını versin və təbii ki, qanunun da axır-başı işə düşməsinə ümidliyik!
PS. Direktor deyir ki, uşaq telefonu gizlincə içəriyə keçirib və çəkiliş edib. Ay bədbəxt, XXI əsrdir e. Bütün siniflərə kameralar quraşdırılır. Sən hələ də cinayəti ört-basdır etməkdən danışırsan. Rüşvət, korrupsiya, pulyığma, zorakılıq, gözümçıxdıya salma və s. məktəbdən başlanan "milli" fəlakət..."

Paralel.az

0.022724866867065