"Azəriqaz" İB-nin baş direktoru Salyan rayonunda vətəndaş qəbulu keçirib - FOTO

 

 

Ölkə başçısının vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda vətəndaşları qəbul edib.

"Paralel.az" xəbər verir ki, görüşdə Salyan sakinləri ilə yanaşı, Biləsuvar, Neftçala, Şirvan, Sabirabad rayonlarından olan vətəndaşların da qaz təsərrüfatına dair problem və təklifləri dinlənilib.

Müraciətlər zamanı fərdi qazlaşma, küçə qaz xəttinin çəkilməsi, sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz edilməsi və digər məsələlərə toxunulub. SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qəbula üz tutan 35-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Görüş iştirakçıları bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.

0.020509004592896