"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir
"Paralel.az" xəbər verir ki, növbəti həftə (10-11.10.2022 və 13-14.10.2022 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin
1-ci günü Lənkəran şəhərində (Lənkəran Regional Mədəniyyət İdarəsi),
2-ci günü Lerik şəhərində (Lerik Mədəniyyət Mərkəzi),
4-cü günü Astara şəhərində (Mədəniyyət Evi),
5-ci günü isə Yardımlı şəhərində (Mədəniyyət Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.