Söz yaradıcılığında psixolinqvistikanın rolu

Söz yaradıcılığında psixolinqvistikanın rolu
 

Rus dilində “кошка – pişik” sözünün tədqiqi

Rus dilində erkək pişiyə “кот”, dişi pişiyə isə “кошка” deyilir. ”Кот” sözü roman german dillərindən olan latın dilində “cattus” sözünün kökündən olub,“cat” sözünə bənzər formalaşmışdır.Qədim Oğuzca pişiyə "çətük", müasir türkcə isə "kedi" deyilir.Yəqin ki, pişiyin insanla münasibəti ta qədimdən olması səbəbindəndir. Məhz buna görə də Ulu dilin "ka" elementindən yaranmışdır. Qədim Misirlilər onu hətta tanrı inancı kimi kultlaşdırmış, ölərkən onu da Fironlar kimi mumyalaşdırmışlar. Onun insan üçün faydalı olmasını -əqrəb, ilan, siçan yeməsini onların həyatının "mühafizəkarı" kimi qiymətləndirmişlər. Pişiyi qəsdən öldürənə "ölüm hökmü" verilmiş, bilməyərəkdən öldürənlər isə cərimə olunmuşlar. Əvvəlki məqalələrimdə "pişik" sözünün "pusqu" sözünün semantikasından yarandığını yazmışdım. Bəzi vaxt pişiyin pusquda durduğu ana "marıtlamaq" deyirlər. Qədim türk dilində pişiyin balasına "mavrı" deyilir.
Rus dilində “кошка” sözü “pişik” mənasıbdan başqa “pişik xəzi” mənasını da bildirir. Rus dilində xəz üçün pişik yığan adama “кошкодав”, “кошкодер” deyilir. ”Кошма” sözü isə rus dilində qədim türk dilində olan “keçə” sözünün mənasındandır. ”Keçə” sözünün praktik mənası “yun, xəz basması”dır.İkinci mənası isə - “səbət, zənbil” kimi işlənmişdir. Rus dilində də “кошница” – “səbət, zənbil” mənasını verir. ”Кошелок” sözü də dəridən hazırlanmış “pul kisəsi” nə deyilir. Tütk dilində işlənən "kasa" sözü də pul kisəsi mənasında "kassa" kimi bir çox dillərə keçmişdir. İngilislər də bu sözü "cash" kimi işlədir. Psixolinqvistik baxımdan məlum olur ki, rus dilindəki “кожа” sözü də “keçə” sözündən yaranmadır. Qədim türklər "qoyun , keçi pendirinə" - "kaşar peyniri" deyirlər.Əslində türklər bu sözü "koç" sözündən alındığını güman edirlər. Məlum məsələdir ki, qoyunun "qoçu" süd vermir. Qoy türklər də bu qədim sözlərini bilsinlər. Türk dilində "kaşarkı, kaşarlanmaq" sözləri 1-ci mənada "etinasız, laqeyd", bəzən də təhqir mənasında "gönü (dərisi) qalın adam" kimi işlədirlər. Lüğəti mənasını saxlasa da yeni semantika sözün əsl mənasını kölgədə qoymuşdur. Burada "gön-dəri" sözü 2-ci mənada tam əksinə "təcrübəli, bişkin adam" kimi mənalanır. Semantikadan məlum olur ki, türk dilindəki "kaşarlanmış" sözü "aşılanmış" sözündən yəni "bişmiş, dünyagörüşlü adam" deməkdir. Praktik mənası dərinin aşılanandan sonrakı yumşaq formasıdır.Yəqin ki, xəz alındıqdan sonra dəridən məişət əşyaları düzəldilmişdir. ”Keçə” peşəsi ilə məşğul olan sənət adamına da “keçəçi” deyilmişdir. Əslində türklər bu məmulatı keçi qəzilindən hazırlayırdırlar.Məhz bu səbəbdən də “keçə” sözü “keçi” sözündən yaranmışdır. ”Qəzil xurcun” sözü də “səbət, zənbil” mənasında işlənmişdir. Semantikadakı olan paralelliklər bumnu deməyə əsas verir ki, qədim ruslar hansısa bir səbəbdən keçəni pişik qəzilindən türklərin “keçə” hazırlamaq üsulundan istifadə etmişlər.Pişik xəzindən hazırlanan “keçə” məmulatına da dil artikulyasından “kоша, кошка” sözü yaranmışdır. Rus dilində “кошкодав” sözündəki “дав” sözü “давить” sözündən olub, mənası ”əzmək, basmaq, tapdalamaq” deməkdir ki, bu da qədim türk sənəti olan “keçəçiliyin” texniki üslubudur.
Qədim türklər atın yəhərinin altına keçədən hazırlanmış materialı atın sağrısına salırdılar ki, yəhər atı incidib yaralamasın. Əslində “atın sağrısı” sözü praktik olaraq atın bel hissəsinə sarınan “ köşük - keçə sarğısı” sözündəndir.
Qədim Oğuz elatları maldarlıqla məşğul olan zaman özləri ilə keçə örtüklər götürürdülər.Yurd qurduqları yerdə ağac dirəklərini keçədən hazırlanmış materiallarla örtürdülər. Bəzi orta asiya türkləri bu örtüyə “yurt” deyirlər.Rus dilində də bu söz “кош” kimi işlənərək “köç yeri”, düşərgə, alaçıq” mənası bildirir. Türkcə "çatır, çadır" sözü rus dilində " шатор" kimi işlənir.
Hər bir sözün birinci yaranma “vətəni” vardır. Bu söz çox vaxt yarandığı xalqın dilindəki söz kimi yayılır.Necə ki, müasir dildə yaranan texniki vasitələrin adları kimi: telefon, radio, video və s.Qədim türklərin yaratdığı bu “səyyari evlər” türk dilində olan “köşik-örtü, pərdə” sözündən yaranan “köşk” sözü kimi “kiosk” şəklində dünyanın dörd bir tərəfinə yayılmışdır.
P.S.Çox yəqin ki, rus dilinə keçən bu sözlər monqol yürüşü zamanı və rusların qədim Sibirə köçündən sonra yerli qədim türklərlə assimilyasiyası vasitəsi ilə yaranmışdır.Təcrübə göstərir ki, həqiqətən bir çox sözlərin yaranması bütün dillərdə psixolinqvistik zəmində yaranmışdır.
Məqalə çətin yazılsa da maraqlıdır. Əsas odur ki, tədqiq etdiyim sözlərin hər biri öz tədqiqatlarımdır və ilk dəfə yazılmışdır.
Doğrudan da dilçilik elmi ilə məşğul olan psixolinqvistəkanı, alim Ulu dili, Teolinqvistikanı, Sözduyumunu bilməsə onun yolu çətin olacaq. Bir çox yeni elmlər özünə yol açmış və müstəqil şəkildə addımlayır. Məsələn "Toponimika", "İşgüzar və Akademik Kommunikasiya", Psixologiyanın müxtəlif sferaları və s elmləri göstərmək olar. Əgər kiçik bir mətndə 10-dan yuxarı məlum olmayan semantika tapılırsa bu elmin perspektivi nədən xəbər verir?...

Həsən Əliyev

Paralel.az

0.017858028411865