Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 


"LA İLAHƏ İLLALLAH deyir ki...
- Tövhid ən böyük dəyərdir – insan azadlığının əsasıdır;
- İbadətə, itaətə layiq bircə ilah var – Allahdır;
- Allahın varlığı özündəndir, var olmaq üçün bir başqa varlığa möhtac deyil;
- Ehtiyacsızdır;
- Əbədidir;
- Allahdan başqa hər varlıq yaradılmışdır, ehtiyaclıdır, çoxdur, ölümlüdür;
- İnsansan, trilyonda bir ehtimalla dünyaya gəlirsən, ağıllı, iradəli, vicdanlı, məsuliyyətli varlıqsan;
- Kölə deyilsən, azadsan, seçim də, seçdiyinin məsuliyyəti də sənə aiddir;
- Azadlığın Allaha təslim olduğun qədərdir;
- Dəyərini azadlığın müəyyən edir – azad olduğun qədər dəyərlisən;
- Azadsansa, anlamlı yaşayırsan;
- Şirk köləlikdir, onun hər növünü rədd et;
- Azadlıq istəyirsənsə, bədəl ödəməyə hazır ol;
- Bədəlini ödəmədiyin heç bir dəyər sənin olmaz, səni qorumaz, inkişaf etdirməz, həyatına anlam qazandırmaz;
- Yox deməyi öyrən, la ilahə de – bu, azadlığın birinci şərtidir, la ilahə - ilahlıq iddiası olan varlıqları rədd edirəm;
- Sonra da hə de, illallah – bir, bircə, tək bir ilah var, o da Allahdır;
CÜMƏNİZ MÜBARƏK OLSUN, ALLAH ÖMRÜNÜZƏ, AİLƏNİZƏ, İŞİNİZƏ BƏRƏKƏTLƏR NAZİL ETSİN, GÖZƏL İNSANLAR!"

Paralel.az

0.013490915298462