Siracəddin Hacı yazır...
"MÜƏLLİM TƏLƏBƏSİNİ
- Sözünə qulaq asaraq;
- Üzünü, gözünü oxuyaraq;
- Davranışlarını müşahidə edərək;
- Hekayəsini dinləyərək;
ANLAYAR
Örnək olar;
- Cəsarət verər;
- Mərhəmətini əsirgəməz;
- Dərs qiymətini silaha çevirməz;
- Maraqlandırar;
- Oxumağı, elmi sevdirər;
- Tələbəsinin şəxsiyyət olduğunu bilər;
- Bilgi ilə əxlaqı birləşdirər;
- Seçim haqqı verər, seçiminə sayğı duyar;
- Anlayar, dəyər verər;
- Məcbur etməz, inandırar;
- Uğuruna sevinər;
- Sadəcə zəki tələbələrini deyil, bütün tələbələrini sevər;
- Bağışlayar;
- Şikayət etməz, yol göstərər;
- Dərdləşər, paylaşar;
- Yox deməyi, sınır qoymağı, düşünməyi öyrədər;
- Deyər ki, cəhalət ən böyük düşməndir;
- Deyər ki, küsməyin, etiraz edin, haqqınız uğrunda mücadilədən çəkinməyin;
- Fitrətinizə, gücünüzə uyğun işlərlə məşğul olun, çalışın;
- Deyər ki, uğursuzluq uğurun bir parçasıdır;
- MÜƏLLİM tələbələrinə dua edər;
ƏZİZ MÜƏLLİMLƏRƏ SALAM OLSUN! "
Paralel.az