Baş redaktor Qurultayda Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılovu yıxdı, sürüdü...

Baş redaktor Qurultayda Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılovu yıxdı, sürüdü...
 

Sentyabrın 24-də Muğam Mərkəzində keçirilən jurnalistlərin VIII qurulayında bir sıra yaddaqalan hadisələr baş verdi. Belə maraqlı hadisələrdən birini "Femida" qəzetinin baş redaktoru Etibar Poladlı yaratdı.

O yerindən ayağa qalxaraq, sədarətin ona çıxış verməməsi səbəbilə uca səslə şikayətləndi, tribunaya çıxdı və çox səs-küylü çıxışı ilə qurultay iştirakçılarının diqqətini cəlb etdi.

Etibar Poladlı Mətbuat Şurası İdarə Heyətinin üzvlərini, Media Agentliyinin hazırkı icraçı direktoru Əhməd İsmayılovu rəhbərə yaraşmayan hərəkətdə ittiham etdi.

O qurultayın tribunasından qeyd etdi ki, ölkə Prezidentinə və Media Agentliyinin icra direktoru Əhməd İsmagılovun qəbuluna düşmək üçün hər ikisinə eyni vaxtda məktubla müraciət etmişəm.

Cənab Prezidentin nümayəndəsi məni qəbul edib, şikayət və təkliflərimi dinlədiyi halda, Əhməd İsmayılov hələ də mənim məktubuma cavab verməyib.

Media Agentliyinin icraçı direktorunun qəzetin baş redaktorunun məktubuna cavab verməməsi və ya qəbul etməməsi ciddi məsələdir və bu, kobud qanun pozuntusudur.

Hamıya yaxşı məlumdu ki, KİV DF-nin sabiq icraçı direktoru Vüqar Səfərli MŞ İH-nin üzvlərinin təyin olunduğu Müşahidə Şurasında 8 il iclaslarda birgə iştirak ediblər, kollektiv cinayət əmələ imza atıblar, lakin həbsdə yalnız Vüqar Səfərli tək yatır. Sual yaranır. Bəs digərləri niyə məsuliyyətdən yayınıblar?

Halbuki MŞ-də onunla bərabər həbsdə yatmalı olan Müşahidə Şurasının cinayətdə iştirak etmiş üzvləri həbs olunmaq əvəsinə, VIII qurultayda nümayəndə kimi iştirak ediblər və yenidən MŞ İH-ə seçiliblər. Bu, çox böyük ədalətsiz və qorxulu haldır.

Bunların (dövlətdən yardım almaq və digər xeyir əldə etmək üçün) mənfəət əldə etmək xatirinə, yeni cinayət əməllərinə imza aranlarla şərik olmayacaqlarına heç kim zəmanət verə bilməz.

Akif Nəsirili

0.037267208099365