Qəzənfər Həmidoğlu: "Azərbaycan üçün indiki gərgin və qarışıq geosiyasi durumda..."

Qəzənfər Həmidoğlu:
 

Azərbaycan Ərəb sammitində
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevi Qoşulmama Hərəkatının rəhbəri kimi Ərəb Dövlətləri Liqasının (ƏDL) noyabrın 1-2-də keçiriləcək sammitində fəxri qonaq kimi iştiraka dəvət edib.

Ərəb mediasının xəbərinə görə, BMT-nin 77-ci Baş Məclisinin iclaslarında iştirak üçün Nyu-Yorkda səfərdə olan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra sentyabrın 22-də azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşərək dəvət məktubunu təqdim edib.

2021-2022-ci illərdə Ərəb liqasının sammiti keçirilməyib. Səbəb kimi Covid-19 pandemiyası göstərilsə də, üsvləri arasındakı ziddiyyətlər də ərəb forumunun ertələnməsinə təsirsiz qalmayıb. Məsələn, Əlgəzair ötən il Mərakeşlə diplomatik əlaqələri kəsərək rəsmi Rabatı düşmən təbliğatı aparmaqda ittiham etmişdi.
22 dövlətin üzv olduğu ƏDL ərəb aləminin və ərəb dilinin rəsmi dil sayıldığı dost qeyri-ərəb ölkələrinin ən nüfuzlu beynəlxalq qurumudur.

Düzdür, ərəb birliyinin dünyanın gedişatına təsiri və qlobal önəmi ətrafında polemika açmaq olar. Amma hər bir halda, Azərbaycan üçün indiki gərgin və qarışıq geosiyasi durumda Ərəb liqası ilə təmas, ünsiyyət və əməkdaşlıq siyasi, diplomatik və iqtisadi dividendlər vəd edir.

Maraqlıdır, beynəlxalq medianın diqqətini cəlb edən bu xəbər və Lamamra-Bayramov görüşü barədə Azərbaycan XİN-in rəsmi saytında və ölkə mediasında hələ bir xəbər yoxdur.

Paralel.az

0.018265962600708