Zaman toy tutdu bizə

Zaman toy tutdu bizə
 

Zaman toy tutdu bizə


Düz sözü söyləyən getdi çərmıxa,
Ədalət gizləndi, durmadı arxa
Pənah bir Allaha, kim-kimi yıxa,
Bu dövran qalıbdı güclü-gücsüzə.
***
Zaman ələyində ələdi bizi,
Qanlı bələklərə bələdi bizi,
Müharbə qurd kimi, daladı bizi
Zaman tərsə gəldi, toy tutdu bizə.
***
Böyüdük alovun, odun içində,
Əridik zamanın köçha-köçündə,
Çəkdi imtahana dünya seçimdə,
Kənardan boylandıq, çıxmadıq üzə.
***
Göz yaşı içində, ana laylası,
El-oba Şəhidə saxladı yası,
Zaman özü oldu, insana ası,
Ölümlə-itimlə durduq göz-gözə.
***
Vəfasız dünyadan olma gileyli,
Zaman özü salıb haqsıza meyli,
KƏRİMOĞLU özü çalışdı xeyli,
Qorxdu ki, haqsızlar haqqını əzə.

Allahverdi Kərimoğlu

Paralel.az

0.093788146972656