Alim Elm və Təhsil nazirliyini korrupsiyada ittiham etdi

Alim Elm və Təhsil nazirliyini korrupsiyada ittiham etdi
 

Araşdırdığımızın bu cinayət faktı dövlət büdcəsindən üç milyon beş yüz min manat mənimsənilməsini faş etmək deyil. Qoy, bu məsələni ölkənin baş prokrorluğu tədqiq etsin, korrupsiyaya qarşı mübarizə idarəsi büdcə talalançılığına rəvac verənlərin fəaliyyətini araşdırsın. 

Respublikanın bütün ümumtəhsil məktəblərinə, kollec və liseylərinə, peşə təmayüllü tədris ocaqlarına paylanmış “ Rəşadətli Azərbaycan Ordusu” bonneri ən azı on min tirajla çap olunub. Hərçənd stendin çap olunduğu mətbəə, tirajın sayı onun üzərində göstərilməyib. Bu, ciddi qanun tələbidir. Halbuki, qanunla üzərində göstərilməli olan müəllif, dizayner və mətbə ünvanı haqqında məlumatın gizlədilməsi faktı özü cinayətdir.

Məsələnin digər maraq doğuran tərəfi isə, əldə etdiyimiz qaimə sənədlərində, sözün əsl mənasında, adamı şoka salan qiymətdir. Yenə də ən elementar hesablamaya görə, bu bonnerin kağız üzlüyünə, dayaq çərçivəsinə, müəllif qonararına və mətbəə xərcinə bütövlükdə 20 manat xərclənməsə də, sənədləşdirmələrdə bu dəyərin 350 manata satın alındığı aydın olur. Kim müsabiqə elan edib, hansı müəssisə tenderdə qalib gəlib o da qaranlıqdır və yəni ictimaiyyətin bir mərrə xəbəri yox.

Əməkdar müəllim Pərviz Yəhyalı Təhsil Nazirliyini üç milyon beş minlik yeyintidə İTTİHAM ETDİ - Tükürpərdici cinayətin izi ilə və ya villiams sindromlu komandanın incə siyasəti

Keçək narahatçılıq doğuran əsas məsələyə.

Stendin adından da göründüyü kimi, Azərbaycan ordusunun rəşadəti öz əksini tapmalı idi. Ancaq… ancaq qabarıq şəkildə erməni vandallarının törətdiyi vəhşiliklər, dağıdılıb, viran olmuş tikililər lap adamın gözünə girir. Nəyə görə, azyaşlı məktəbli rəşadətli ordumuz deyəndə, erməni təcavüzünün vandallığını əks etdirən xarabalığı seyr etməlidir?

Təhsil Nazirliyinin bu işə cavabdeh olan şəxsləri bu səriştəsizliyə niyə imza atıblar? Bəlkə, bu villiams sindromlu yetiklilər vətənpərvərlik tərbiyəsini belə başa düşürlər? Erməni vəhşiliklərini ayrıca bir stenddə, ordumuzun şagirdlərdə ruh yüksəkliyi, inam yaratdığı şəkillər başqa bir guşədə vermək olmazdımı?

Təbii ki, qara əməllərlə dövlətin büdcəsini talamaq bir yana, ən sadə məntiqə belə sığmayan məsuliyyətsizliyin bir adı var, rəşadətli ordumuz adı altında böyüyən nəsilin psixasında vahimə rüşeyimi cücərtmək.

Hə, bir də qətiyyətlə əminəm ki, bu biabırçılığa imza atanlar nə hərbi xidmətdə olub, nə də ordu haqqında anlayışları var.

PƏRVİZ YƏHYALI
Azərbaycan respublikasının "Əməkdar müəllimi",
Tarix üzrə fəlsəfə doktoru

Mənbə: Rubrika.az

0.016525983810425