Nəsihətnamədən bir parça
Nəsihətnamədən bir parça
Ali məclislərin öz qaydası var,
Yerini bilməyən başda oturar.
Böyüklər gələndə durar ayağa,
Ədəbin bilməyən qoyular lağa.
Məclisdə pərt olsan hamı gülüşər,
Öz yerin bilməyən ayağa düşər.
Çalış ki, məclisdə tap öz yerini,
Nə inci, nə incit başqa birini.
Ədəbdən deyildir yersiz danışmaq,
Xar edər insanı həddini aşmaq.
Çalış hər kəlmənin olsun hikməti,
Söyləsin hər zaman dil həqiqəti.
Yalandan uzaq ol, söylə doğrunu,
Doğruya yox zaval ,tutar oğrunu.
Məsəl var, bilənlər yada salacaq,
Su daşıyan quzə suda sınacaq.
Dəvətsiz məclisdə görünmə əsla,
İşin tərs gətirər, düşər zavala.
Dəvət eyləsələr, məclisdən qalma,
Müdrik olmasan da, aciz də olma.
KƏRİMOĞLU, dərk et gəlmə zavala,
Möhkəm təməl üstə ucalar qala.
Allahverdi Kərimoğlu
Paralel.az