Ana
ANA
Analı gəlirik bu dünyaya biz,
Nə gözəl bir həyat – qəmsiz, qüssəsiz.
Özümüzü daim uşaq sanırıq,
Ana laylasında yatıb qalırıq...
Laylalar çiçəktək saralır, solur.
Bir gün yox olur, ruhu bizə qalır...
Qocalırıq yana-yana: ay ana...
Boylanır xəyalın pəncərəsindən...
Yetim oturub seyr edirik biz də...
Axır dərk edirik hər birimiz də...
Analı cəhənnəm də bir cənnətdir,
Anasız işıqlı gün də zülmətdir...
Qalib ARİF
Paralel.az