Ay həkim
AY HƏKİM
Dərd mənimsə, bu dərd məni öldürməz,
Kövrək qəlbi sən də oyma, ay həkim
Öz dərdimi vallah fələk götürməz,
Dərdim üstə dərddə qoyma, ay həkim
***
Hörmətin-izzətin eldə-obada,
Laiqsən hər zaman şərəfli ada,
Hələ arzularım çoxdu dünyada,
Arzulu üryə qıyma, ay həkim.
***
Bir ömür əriyir dərdin selində,
Sevincdə, kədərdə sənin əlində,
Şəfa həm qəlbində, həm də dilində,
Qəlbimin yarasın soyma, ay həkim.
***
Hər xəstə ümidin bağlayır sənə,
Xoş sözün ay həkim kifayət mənə,
KƏRİMOĞLUN qəlbin, döndər gülşənə,
Əzrail sözünə uyma, ay həkim.
Allahverdi Kərimoğlu
Paralel.az