Öz sözünü dedi ordu
Bu gün əsgər olmaqdan qürurlu başqa nə var?
Tapdaqda qala bilməz ərən yurdu, ər yurdu.
İntiqam coşqusuyla şaqqıldadı silahlar,
Düşməni öz qurduğu tələsində qovurdu,
Növbə orduya çatdı, öz sözün dedi Ordu.
Gəzdiyin bu torpağın bir parçası olmalı,
Dişinlə, dırnağınla qazanmalı haqqını.
Döyüşlərdən keçirdi bizimçün Zəfər yolu,
Dövlət də dəstəklədi öz müzəffər xalqını.
Oyatdılar, nəhayət, yatan dəli boz qurdu,
Növbə orduya çatdı, öz sözün dedi Ordu.
Hamı bizə “sülh” dedi, hamı bizə “döz” dedi,
Nə “sülh” deyən düz dedi, nə “döz” deyən düz dedi.
Sözü necə deyərlər, bax, eləcə söz dedi,
Bayrakdarlar düşməni elə yerində vurdu,
Növbə orduya çatdı, öz sözün dedi Ordu.
Ordu qürur mənbəyi, ordu güvənc yeridir,
Zəfərlə ədalətin görüş vaxtıdır indi.
Bu zəfər bizim xalqın ən gözəl zəfəridir,
Alınan torpaqlara dönüş vaxtıdır indi.
Növbə orduya çatdı, öz sözün dedi Ordu,
Növbəti dayanacaq Xankəndi, Zəngəzurdu.
AY Bəniz Əliyar
Paralel.az