1-ci dərəcəli Qarabağ qazisi Prezidentə növbəti dəfə müraciət etdi

1-ci dərəcəli Qarabağ qazisi Prezidentə növbəti dəfə müraciət etdi
 

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə

1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti, xanım Mehriban Əliyevaya

Surəti :

Daxili işlər naziri, general – polkovnik Vilayət Eyvazova

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə

DİN -in zabit pensiyaçısı, 1-ci dərəcəli Qarabağ qazisi, jurnalist Məğrur Bədəlsoy Ağamalı oğlundan ( email : [email protected] , tel. 0553019956)

                     MÜRACİƏT

Torpaqlarımıza təcavüz olunan ilk gündən AMEA-nın aspiranturasında təhsilimi , elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa getmişəm. DİN-in zabit pensiyaçısı, 1-ci dərəcəli Qarabağ əliliyəm, xaricdə müalicəyə ehtiyacım var. Ağdərədə döyüşlərdə olanda kimya doktoru həyat yoldaşım TV ilə ölümüm haqqında verilən xəbərdən stress keçirib, 2-ci dərəcəli əlildir.

Sizə müraciətim 2022-ci ilin 3 sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində işgəncə nəticəsində 9 qabırğamın sındırılması və tibbi yardım göstərilməsinə qadağa qoyulması barədədir. Sabunçu xəstəxanasında rentgen müayinəsi 9 qabırğamın sındığını təsdiq edəndən sonra da həkimə təzyiq edərək qospitalizasiya olunmağıma imkan verilməyib. İşgəncədən ağ ciyərimdə hematoma əmələ gəlib. Müalicə olunmağıma yenə də imkan verilmir. 30 ildir tibbi uçotunda olduğum DİN hospitalında müalicə olunmağım üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin razılığı tələb olunur.

Hazırda durumum olduqca ağırdır, təcili qospitalizasiyaya ehtiyacım var. Nəfəsim kəsilir, hər an yaşamım ölümlə əvəzlənə bilər. Belə hallarda məni ölümdən həmişə DİN hospitalı qurtarıb.

Sizdən DİN hospitalında müalicəmin təşkil edilməsini diləyirəm.

Hörmətlə, Məğrur Bədəlsoy

0.25949788093567