Monarxiya, Tiraniya, Aristokratiya
Firuz Mustafa
"Doğrusu, ən yaxın dostlar belə, məndən tez-tez soruşurlar: "Özünü niyə yorursan?"
Mənsə öz maarifçilik missiyamı davam edirəm.
P l a t o n a görə, onun yaşadığı dövrdə 6 dövlət növü mövcud olub:
1. Monarxiya - bir nəfərin ədalətli hakimiyyəti
2. Tiraniya- bir nəfərin ədalətsiz hakimiyyəti
3. Aristokratiya- azlığın çoxluq üzərində ədalətli hakimiyyəti
4. Oliqarxiya- azlığın çoxluq üzərində ədalətsiz hakimiyyəti
5. Demokratiya- çoxluğun ədalətli hakimiyyəti
6. Timakratiya- çoxluğun ədalətsiz hakimiyyəti; bu cür hakimiyyət polis, ordu, hərbi güc vasitəsi ilə həyata keçirilir.
Platona görə, 7-ci dövlət növü də vardır, bu, gələcəyin dövlətidir, həmin dövləti Platon İdeal dövlət adlandırırdı.
A r i s t o t e l ə görəsə 6 dövlət növü mövcud olub:
1. Monarxiya
2. Tiraniya
3. Aristokratiya
4. Oliqarxiya
5. Oxlokratiya (İzdihamın idarə etdiyi hakimiyyət)
6. Politiya (Orta oliqarxiya ilə orta demokratiyanın qarşılıqlı idarə etdiyi hakimiyyət)."
Paralel.az