"ABŞ-ın Güney Qafqaz siyasəti yanlışdır" 

 

Siracəddin Hacı


"- Pellosinin Azərbaycanı işğalçı kimi tanıdan fikirlərini rədd edirəm;

- ABŞ Azərbaycana qarşı heç

vaxt obyektiv olmadı;

- Haqsız 907-ci düzəlişin müəllifi ABŞ-dır;

- ABŞ 30 il Azərbaycan torpaqlarını işğal altında tutan Ermənistana heç vaxt işğalçı demədi;

- Ermənistan minlərlə günahsız azərbaycanlını öldürəndə, şəhərləri, kəndləri xaraba qoyanda, mədəni abidələri dağıdanda ABŞ Ermənistanı soyqırımında ittiham etdimi, Ermənistan işğalçıdır dedimi?

- Ermənistan Gəncəyə, Bərdəyə, Ağcabədiyə, Beyləqana, Yevlaxa, Mingəçevirə, Bakıya raket atanda ABŞ Ermənistandan hesab soruşdumu, məsələni BMT-nin müzakirəsinə çıxartdımı?

- Pellosi ermənilərin səsini almaq üçün saxta soyqırımı abidəsinə gedir, göz yaşları tökür, bizim xalqın tarixində soyqırımı yoxdur, ABŞ-ın tarixi isə soyqırımlardan ibarətdir;

- ABŞ işğalçı axtarırsa, güzgüyə baxsın, İraqı, Əfqanıstanı, Suriyanı ABŞ işğal etmədimi, bu ölkələri xaraba qoymadımı?;

- PKK, PYD terror təşkilatlarına silah verən, dəstəkləyən, onlarla birgə hərbi təlim keçirən ABŞ deyilmi?;

- ABŞ Xankəndində yaşayan 25 min erməninin öz müqəddəratını təyin etmək hüququ var deyir, ayrı-ayrı xalqlardan ibarət olan ABŞ onların öz müqəddəratını təyin etmə haqqını tanıyırmı?;

- ABŞ-ın bu yanlış, ikiüzlü, ağılsız siyasəti bölgədə Rusiyanın mövqeyini gücləndirir;

- Azərbaycan hakimiyyəti, o sıradan Xarici İşlər Nazirliyi öz vəzifəsini yerinə yetirə bilmədi, nəticədə, haqlı olduğu halda haqsız vəziyyətə düşdü, hakimiyyətin fəaliyyətsizliyini, yanlış addımlarını şiddətlə qınayıram;"

 

Paralel.az

0.028940916061401