Jurnalistlərin qurulayından nə gözlənilir? - ŞƏKİL/VİDEO
Mətbuat Şurasının sədri Rəşad Məcid seçiləcək?
Sentyabrın 24-də Jurnalistlərin növbəti qurultayı keçiriləcək. Qurultayın gündəliyində duran əsas məsələ Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi və MŞ sədrinin seçkisidir.
Mətbuatın yaydığı informasiyalara görə, qurultayda "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid MŞ sədri seçiləcək.
Qurultayda MŞ sədri və İdarə Heyətinin tərkibinə seçilmək üçün ciddi mübarizə gedəcəyi barədə mediada xəbərlər dolaşır.
Ölkənin müstəqil mediasında və ictimaiyyət arasında yayılan xəbərlərə görə, əksəriyyəti Əli Həsənovun tərəfdarlarından ibarət olan köhnə MŞ İH üzvləri qurultayda yenidən tərkibə seçilmək üçün qruplaşma yaradıblar.
Qurultayda İdarə Heyətinin üzvü seçilmək üçün regionçuluq zəminində birləşən bir neçə baş redaktorun ciddi mübarizə apacaqları deyilir.
Röyal