Şəmsəddin Əliyev: "Zaman "köynəyini" dəyişib irəlilədikcə..."

Şəmsəddin Əliyev:
 

Zaman ilan kimi "köynəyini"dəyişib irəlilədikcə torpaqlar işğal etmək dəbdə olur.

18-ci və 19-cu əsrlərdə Avropadan uzaq ölkələrə səyahətə çıxan ekspedisiyaların tərkibində alimlərin iştirakı mütləq idi.Onlar döyüşməyə,torpaq işğal etməyə yox müəyyən kəşflər etmək üçün ekspedisiya ilə birlikdə səfərə çıxıxardılar.

Napaleon 1798-ci ildə Misiri işğal etdikdə özü ilə birlikdə 165 nəfər alim də aparmışdı.Alimlər hər şeydən əlavə yeni bir elmi fənni,-Misirşünaslıq elmini kəşf etdilər,bu linqvistik və botanikanın öyrənilməsinə təkan verdi.

20 iyul 1969-cu ildə Nil Armstronq və Bazz Oldrin Ayın səthinə endilər.Uçuşdan bir neçə ay əvvəl "Apollon-11"-in astronavtları ABŞ-ın qərbində Ayın landşaftına bənzər bir səhrada təlim keçirdilər.Həmin yerdə bir neçə hindu qəbiləsi də yaşayırmış.Astronavtların yerli sakinlərlə görüşü zamanı belə bir hekayə baş vermişdi:
Təlim zamanı astronaftlar yaşlı bir hindu ilə qarşılaşırlar.Hindu onlara yaxınlaşıb,məşğuliyyətləri ilə maraqlanır.Onlar isə tezliklə Aya uçacaqları və buna görə də hazırlaşdıqları barədə yaşlı hinduya məlumat verirlər.Bu məlumatdan hindu bir an susur,sonra udqunub Aya uçmağa hazırlaşan astronavtlardan ona bir yaxşılıq etməyi xahiş edir.
Astronavt soruşur:
-Siz nə istəyirsiniz?
Qoca hindu:
-Mənim qəbiləmin insanları Ayda müqəddəs ruhların yaşadığına inanırlar.Onlara xalqımın mühüm bir məlumatını-tapşırığını çatdıra bilərsinizmi?
-Məs.Hansı xəbəri?
Qoca hindu bunu eşidib öz dilində bir neçə sözü astronavtlara əzbərləyənə qədər bir neçə dəfə təkrar etdirir.
Ayrılmaq istəyəndə astronavt soruşur,bəs bu sözün mənası nədir?
Hindu:
-Bunu Sizə deyə bilmərəm.Allah xatirinə inciməyin.Bu,bir sirdir.Qəbiləmiz və Aydakı ruhlar bunu yaxşı bilir.

Bazaya qayıtdıqdan sonra astronavtlar qısa axtarışdan sonra yerli dili bilən birini tapıb,ondan əzbərlədikləri bu mesajın mənasını soruşduqda tərcüməçi şaqqanaq çəkir və sakitləşdikdən sonra tərcüməni səsləndirir:"Bu adamların bircə kəlməsinə də inanmayın.Onlar torpaqlarınızı oğurlamağa gəliblər,ehtiyatlı olun!"

Bəli,bu gün dünyanı idarə edən və bölən dövlətlər,Azərbaycanın haqq səsini cavabsız qoyan ölkələr Ermənistanı döyüşə atır,sülh sazişinin bağlanmasına bizim yox,öz maraqlarının prizmasından yanaşırlar.
Axı,görünən kəndə nə bələdçi ?
Amma yazdığım hekayətdə deyildiyi kimi onlar torpaqlarımızı işğal etməyə-oğurlamağa dəstək olurlar.Onlara inanmayın!!
Birliyimizi qorusaq istəyimizə nail ola bilərik!

Paralel.az

0.090717792510986