1-ci qrup əlilin qazi dostları Prezidentə şikayət edib - FOTO

1-ci qrup əlilin qazi dostları Prezidentə şikayət edib - FOTO
 

QARABAĞ QAZİLƏRİNİN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ

 Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə

   1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti, xanım Mehriban Əliyevaya

   Surəti :

   Baş nazir Əli Əsədova

   MM-in sədri, millət vəkili, xanım Sahibə Qafarovaya

    Ombudsman, xanım Səbinə Əliyevaya

    Baş prokuror Kamran Əliyevə

    Daxili işlər naziri, general – polkovnik Vilayət Eyvazova

    DTX rəisi, general -polkovnik Əli Nağıyevə

    MEDİA Agentliyinin sədri Əhməd İsmayılova

    Mətbuat Şurasının sədri Əflatun Amaşova

    Kütləvi İnformasiya Vasitələrinə

1-ci dərəcəli Qarabağ qazisi, jurnalist, DİN-in zabit pensiyaçısı Bədəlli Məğrur Ağamalı oğlunun

Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin sifarişlə tənqidə və əmlakını tələb etməsinə görə vəhşicəsinə

ölümünə döyüb, qabırğalarını sındırmalarına hüquqi qiymət verilməməsindən

                             ŞİKAYƏT

Cənab Prezident!

Hörmətli 1-ci vitse-prezident!

Sizə müraciətimiz torpaqlarımıza düşmən təcavüzü başlanan ilk gündən AMEA-nın aspiranturasında təhsilini, elmi işini atıb, iki körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa gedən, bu yolda 1-ci dərəcəli Qarabağ qazisiadını qazanan, DİN-in zabit pensiyaçısı ,66 yaşlı Bədəlli Məğrur Ağamalı oğlunun sifarişlə polis adına ləkə olan Nizami polisinin 24-cü PŞ-nin “oğru qanunu” ilə cəzalandırılması barədədir.

2022-ci ilin sentyabrın 3-də saat 20-20 radələrində Qarabağ qazisi körpə nəvələri ilə marketdən çıxarkən 24-cü PŞ-ninmülki geyimli rəis müavini Natiq , sahə müvəkkili Elçin İslamov və daha on nəfərdən çox polis qabağını kəsib, 24-cü şöbəyə aparıb və vəhşicəsinə döyüblər. Nə körpə nəvələrini evə qoymasına, nə ailəsinə xəbər verməsinə imkan verilib, nə də tutulmasının səbəbi deyilib. Müdafiəçi hüququnu, Ombudsmana xəbər verilməsini tələb edəndə isə hər ikisinin ünvanına söyüblər .Polis şöbəsinin kamera quraşdırılmayan növbətçi hissəsində 1-ci dərəcəli Qarabağ qazisinin,  DİN-inzabit pensiyaçısının qollarını arxadan qandallayıb , rəis müavini Natiqin başçılıq etdiyi 8-10 nəfər polis qazi-jurnalistin 9 qabırğasını sındırıb, ağ ciyərində döyülmədən hematoma əmələ gəlib. Rəis müavini Natiq qazi-jurnalisti mətbuatda Nizami polisini tənqid etdiyinə irad bildirib. Bu açıq-aşkar tənqidə görə, qazi- jurnalistin quldurluğa məruz qalması deməkdir. Dəhşət odur ki, 1-ci dərəcəli Qarabağ qazisi-jurnalistə həkim yardımına da imkan verilməyib , nə ailəsinə, nə də biz döyüş dostlarına yeri deyilməyib. Gecə yarısı Nizami RPİ-nin müvəqqəti saxlama kamerasına aparıb, orada da qatı cinayətkarların olduğu kameraya salınaraq cəzalandırılmasını tapşırıblar. Sabunçu xəstəxanasında rentgen müayinəsi 9 qabırğasının sındığını təsdiq edəndən sonra da 1-ci dərəcəli Qarabağ qazisi ilə faşistcəsinə davranıblar, qollarının qandalını daha da bərkidiblər. Hətta astmadərmanlarını da istifadə etməyə verməyiblər. 2 sutka məhkəməsiz azadlıqdan məhrum edilən qazi-jurnalistə müstəntiq Qalib Kərimli saxta cinayət işi axtarışına çıxıb. Qazini qanunsuz dustaq edib, Xətai məhkəməsinin keçmiş hakimi Raziya Ataşovanı üzünə durdurub və o da yalan deyib ki, tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə 2014-cü ilin 17 iyulunda 3 il gizlədilən icra vərəqinin surətini verməyib(17.07.2014 tarixli hakim Raziyə Ataşovanın imzaladığı məktub və qoşulan icra vərəqəsi əlavə olunur ); məhkəmə qərarı olmadan evində axtarış aparılıb, qiymətli əşyaları, sənədlərini, oğluna məxsus olan həyat yoldaşının dərs keçmək amacı ilə yararlandığı kompüteri aparıblar, hələ də qaytarmırlar. Bu açıq -aşkar vandalizmə, sifarişlə polis vəhşiliyinə hələ də prokurorluq hüquqi qiymət verilməsinitəmin etməyib. Media qurumlarının yaydığı məlumatı isə sildirib, özbaşınalıq edirlər. Ombudsmana 916 çağrı mərkəzi ilə həbsdən çıxandan sonra 05.09.2022-ci ildə zəng edən qazi -jurnalistin müraciəti  Ombudsman Aparatının rəhbərinin imzası ilə 13.09.2022 tarixli məktubla DİN -in 1-ci müavini, cənab Seyfulla Əzimova göndərilib. (Əlavə olunur) Ombudsman Aparatı da qazi – jurnalistin tənqidə görə işgəncəyə məruz qaldığını qeyd etmiş, amma həm də 14 ildir iki məhkəmə qərarını icra etməkdən imtina edən borclu məmurların sifarişi ilə tələbkar 1-ci dərəcəli Qarabağ qazisinincəzalandırılmasını qeyd etməyi qəsdən unudub. Çünki sözügedən əmlak bazarlığında Ombudsman Aparatının da özəl payı var. Eyni zamanda, niyə Ombudsman özü araşdırma aparmaq səlahiyyətindən yararlanmır, birbaşa dövlətin 1-ci şəxslərinə, baş prokurora yox, heç daxili işlər nazirinə də yox, nazir müavininə müraciət edir? Özü də on gündən sonra, kimi gözləyiblər?

Bizim ümidimiz Sizədir, cənab Prezident, hörmətli 1-ci vitse-prezident! Qarabağ qazisinin müraciətini aldığınız poçt vasitəsilə ilə bildirilib  (əlavə olunur )

Sizdən 1-ci dərəcəli Qarabağ qazisi, jurnalist Məğrur Bədəlli  (Bədəlsoy) Ağamalı oğlunun Nizami polisinin sifarişlə işgəncəyə məruz qoyması, 9 qabırğasını sındırması, mətbuatdakı çıxışına, məhkəmənin verdiyi əmlakı ələ keçirib satan dövlət məmurlarının əli ilə cəzalandırılmasına hüquqi qiymət verilməsini təmin etməyinizi xahiş edirik.

Hörmətlə :

Xaliq Abbaszadə, komitənin sədri

Eldar Hüseynov, 1-ci dərəcəli Qarabağ qazisi

Əhmədov Mirbaba, 1-ci dərəcəli Qarabağ qazisi

İsmayılov Müşfiq, 1-ci dərəcəli Qarabağ qazisi

Cəfərov Rövşən, 2-ci dərəcəli Qarabağ qazisi

Süleymanov Güloğlan, 2-ci dərəcəli Qarabağ qazisi

İbrahimov Elçin, 2-ci dərəcəli qazi

Cəbrayılov Yusif, 2-ci dərəcəli qazi

Əhmədov Firudin, Qarabağ savaşı veteranı

Cavanşir Osmanlı, Qarabağ savaşı veteranı və b.

Bakı şəhəri, 17 sentyabr 2022-ci il

0.36334300041199