Azər Mustafa oğlunun əziz xatirəsinə!

Azər Mustafa oğlunun əziz xatirəsinə!
 

Firudin Orucov

Azər baxçasında güllər əkmişdi,
Gözlə sevgilim, gələcəm demişdi.
Sanki bunu röyasında görmüşdü,
Çırpınaraq qan gölünə batmışdı.

Əlləri xınalı qaldı ananın,
Tökülsün gözləri belə dünyanın.
Xazan oldu, soldu, açan baharı,
Açılmasın heç düşmənin sabahı!

Siz Vətən uğrunda Şəhid oldunuz!
Canınızla bu torpağı qorudunuz!
Əl çatmaz zirvətək hey ucaldınız!
Ey Vətən qeyrətli Türk oğulları!

Allah Sizə rəhmət eləsin!
Torpağınız nurla dolsun!
Yeriniz cənnət olsun!

14. 09. 2022

Paralel.az

0.016905069351196