Siracəddin Hacı yazır...
BU SAVAŞ AZƏRBAYCAN XALQINI BÖLDÜ
"Azərbaycan 44 günlük savaş dönəmində işğal olunmuş torpaqlarının önəmli hissəsini zalımdan və zülmdən xilas etdi, xalq övladları, maddi, mənəvi imkanları ilə bu qurtuluş hərəkatında iştirak etdi, birləşdi, gücə çevrildi, zəfərin yolunu açdı. Ancaq bu son savaşda biz xalqın birliyini görmədik, toplum parçalandı, fərqli mövqelər ortaya çıxdı. Səbəbləri belə sıralaya bilərəm:
- Azərbaycan xalqı ümid edirdi ki, hakimiyyət Qarabağ savaşından sonra iç siyasətini dəyişəcək, xalqın xeyrinə olan addımlar atacaq, bu addımlar atılmadı, sosial zülm daha da artdı, yoxsulluq, bahalıq, ədalətsizlik insanları əldən saldı;
- Şəhid ailələrinə, qazilərə zəruri olan dəyər verilmədi;
- Hakimiyyət zəfəri siyasiləşdirdi – öz adına çıxdı;
- Xalq Azərbaycanın Qarabağ-Xankəndi üzərində suveren haqlarının təmin olunmasını istəyir, Ermənistanla savaşı doğru saymır;
- Xalq son savaşın arxasında Rusiyanın olduğuna inanır, deyir ki, biz Rusiyanın oyununa gəlməməliyik, Rusiyanın Azərbaycandan istifadəsinə imkan verməməliyik, bütün bəlaların səbəbi Rusiyadır;
- İnsanlar Qarabağ məsələsini, savaşı önə çıxararaq sosial sıxıntıları unutdurmaq siyasətinə yox deyir;
- İnanır ki, arxasında xalqın, güclü ordunun, etibarlı müttəfiqlərin dəstəyi olan diplomatiya ilə Qarabağ məsələsini həll etmək olar;
- Bilir ki, Ermənistanla savaş Azərbaycana ciddi sıxıntılar yaradacaq, Azərbaycana beynəlxalq təzyiqlər artacaq, təklənəcək;
- Azərbaycan xalqı milli birliyin güc olduğuna inanır, hakimiyyətdən səmimiyyət istəyir, deyir ki, azadlığa, ədalətə, mərhəmətə, rifaha bağlı milli birliyi təmin et ki, güclü olaq;
- Xalq Paşinyan hökumətinin devrilməsininAzərbaycanın ziyanına olduğunu düşünür;"
Paralel.az