Samantha Smith - 13 il yaşayan sülhsevər mələk

Samantha Smith - 13 il yaşayan sülhsevər mələk
 

 

Şəkil gördüyünüz şirin qız Samanta Smitdir.

1982-ci ildə on yaşında ikən Yuri Andropova bir məktub yazır və ABŞ-la əlaqələrin niyə belə gərgin olduğunu soruşur. Cavab gəlmir, ancaq məktub qəzetlərdə çap edilir. Daha sonra Samanta SSRİ-nin ABŞ-dakı səfirliyinə məktub yazdı və niyə cavab vermədiklərini soruşdu. 26 aprel 1983-cü il tarixində Andropov nəhayət balaca qıza cavab yazır və Smit iki ölkə arasında sülhməramlı elçi elan olunur.

O, 1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət edir. Moskvada, Leninqradda və Krımdakı “Artek” pioner düşərgəsinə qatılır.

SSRİ-dən ayrılarkən işlətdiyi “Yaşayacağıq!” (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi hələ də yaddaşlarda qalır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı “Sovet İttifaqına səyahət” adlı kitabda ətraflı şəkildə ifadə etmişdir.

Sülhsevər kiçik Samanta 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur.

Paralel.az

0.028886079788208