Onların nazi ilə oynamaq günahdır

Onların nazi ilə oynamaq günahdır
 

 

İdris Abbasov:

"Erməni təcavüzünə birdəfəlik son qoyulacağına heç şübhə olmasın! Qarşımızda ikinci şərəfli müharibə zərurəti vardır.

Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ən böyük ehtiram məhz həmin müharibənin özümüz tərəfindən başladılması və sona çatdırılması olacaq. Həmin müharibə tarixə xalqı və dövləti korrupsioner və rüşvətxorların cəngindən xilas etmə müharibəsi kimi düşəcək və müqəddəslik statusu qazanacaq. Bu müharibə tam və qəti qələbənin təminatçısı olacaq.

Erməni qatillərindən heç nələri ilə geri qalmayan, əksinə, ölkənin iqtisadiyyatını, siyasətini, mədəniyyət və məınəviyyatını məhv edən, xalqın haqqını yeyib özünü sakit üsulla haqq dünyasına göndərən azğınlaşmış daxili düşmənlərin zərərsizləşdirilməsi bir zərurətdir, xalqdan və ölkə rəhbərindən böyük əzm və iradə tələb edir. Bu əzm və iradə Vətən Müharibəsində özünü göstərdi.

Birincini bacaranın ikincini də bacaracağı şübhəsizdir.
Rüşvət və korrupsiyanın axırına çıxmasaq, inanın ki, bu dağıdıcı bəla bizim axırımıza çıxacaq.
Qurtuluş ölkənin iqtisadiyyatını, sosial-siaysi və mənəvi həyatını şikəst edən korrupsioner və rüşvətxorların total mühakiməsindən keçir, özü də müharibənin ən sərt qanunları ilə.

Cavan-cavan övladlarımız bir anın içində torpaq uğrunda qurban getdikləri bir vaxtda həmin torpağı murdarlayan mənfur və siçovul xislətli zatların nazı ilə oynamaq günahdır. Söhbət bir dövlətin və millətin taleyindən gedir. Təzad çox kəskindir: bir qütbdə bir qarış Vətən torpağı uğrunda müqəddəs ömrünü bağışlayan namuslu, gənc Azərbaycan övladları, digər qütbdə şəhidin qanı hesabına qorunan Vətəni vəhşicəsinə tar-mar edən binamus, rüşvətxor və korrupsioner canlılar!"

Paralel.az

0.018702983856201