Qlobal informasiya müharibəsində niyə zəifik?
İlham Əhmədov:
Bu gün cəbhə xəttində gedən atışma ilə yanaşı, informasiya cəbhəsində də ciddi qarşıdurma var. Ermənilər və onlara dəstək verən dövlətlərin vətəndaşları müxtəlif sosial şəbəkələrdə haqqımızda yalan və iftira xarakterli məlumatlar yayırlar, haqq ədaləti təhrif edirlər. Bizim vətəndaşlar isə, xarici dilləri yaxşı bilmədilkələri səbəbi ilə, onların iftiralarına əcnəbi dillərdə layiqli cavab verə bilmirlər.
Bir müddət əvvəl tərcümə proqramlarının azərbaycan dilinə və əksinə keyfiyyətsiz tərcüməsi barədə məqalə yazmışdıq. Qeyd etmişdik ki, tırcümə proqramları, erməni, gürcü, rus, türk v s. dillərdən keyfiyyətli tərcümə etdiyi halda, bizim dildən zəif tərcümə edir. Çünki, bu işə 20 ildə pul ayrılmayıb.
Son 15 ildə istifadəsiz qalan olimpiya mərkəzlərinin tikintisinə və digər israfçılığa sərf edilən pulların 10 % -ni bu layihəyə sərf etsəydilər, bunun çox faydası olardı. İndi vətəndaşlarımız heç bir problem olmadan öz şərhlərini rus, ingilis v s. dillərinə keyfiyyətli tərcümə edərək ermənilərin və onların havadarlarının layiqli cavabını verə bilərdilər.
Google-tərcüməçi proqramımız niyə bərbad gündədir?
"Bu gün informasiyanın sürətlə artması hamıya məlumdur. Yaranan yeni informasiyanın 99,999 faizi bizim dildə deyil. Bu informasiyalarla tanış olmaqda tərcümə proqramlarından istifadə insanların köməyinə çata bilər.
Amma azərbaycan dilindən istənilən dilə və ya əksinə tərcümə Google vasitəsi ilə çox keyfiyyətsizdir. Çünki, o proqramın təkmilləşdirilməsi ilə bizlər (yəni hökumətimiz) məşğul olmuruq. İnkişaf etmiş və inkişafda olan bir çox ölkələr bu mühüm işə pul ayırırlar, təbii hərə öz dilindən tərcümə sisteminin inkişafı üçün. Bizdə isə mənasız idman tədbirləri heç imkan verərmi ki, faydalı işlərə də pul qalsın?
Amma digər dillərdən bir birinə tərcümə bu gün kifayət qədər keyfiyyətlidir. Şəxsən mən 5 il əvvəl rusca yazdığım bir məqaləni Google tərcümə proqramı ilə ingilis dilinə tərcümə etdim, sonra keyfiyyətinə əmin olmaq üçün 2 nəfər tərcüməçiyə verdim oxusunlar. Heç bir səhv tapa bilmədilər.
Çünki proqramın rus variantını Rusiya, ingilis bölməsinin inkişafını ABŞ və İngiltərə maliyyələşdirir. Azərbaycan bölməsi isə demək olar ki, maliyyələşdirilmir, Google şirkəti isə fikirləşir ki, bu iş kimə lazımdırsa, o da maliyyələşdirsin. Googlenin hətta azərbaycan dilindən türk dilinə tərcümə sistemi də yaxşı işləmir. Amma bu iş bizə çox lazımlıdır. Əgər bu problem həll edilərsə, onda bizim mütəxəssislər- alimlər, iqtisadçılar, jurnalistlər çətinlik çəkmədən istənilən xarici dildən elmi məqalələri ana dilinə asanlıqla tərcümə edib, oxuyub faydalana bilərlər. İnsan kapitalı belə inkişaf edir, elm və təhsili çökdürməklə yox.
Müharibədə qələbəni alman generalları yox, alman müəllimləri təmin etdi. (OTTO BİSMARK, Almaniyanın federal kansleri.)
Bu gün də müharibədə Qələbəni ordudan, silahdan çox, ölkənin elm və təhsil sistemi təmin edir. Bayraktarlar buna əyani sübutdur.
Paralel.az