Yeni bakteriya növü epidemiya yarada bilər!

Yeni bakteriya növü epidemiya yarada bilər!
 
Türkiyədə gənədən insana keçə bilən yeni bakteriya növü aşkarlanıb. 
Bakteriyanı daşıyan gənə növünə İstanbul Belqrad meşəsində, Trakya və Şimali Anadoluda rast gəlinib. Mütəxəssislər xəbərdarlıq ediblər ki, ehtiyat tədbirləri görülməsə,  bu bakteriya növü gələcəkdə epidemiya yarada bilər.
"Trt.haber"in məlumatına görə, Ankara Universiteti Baytarlıq Fakültəsi Parazitologiya kafedrasının professor-müəllim heyətinin apardığı araşdırma elmi jurnalda dərc olunub. Araşdırmaları şərh edən "Gənə və Gənə ilə əlaqəli Xəstəlikləri Araşdırma Laboratoriyası"nın başçısı Dos. Dr. Ömər Orkun, 2000-ə yaxın gənədə yüzlərlə patogeni (xəstəliyə səbəb olan mikrobları) skan etdiklərini və 32 fərqli gənə patogeninin varlığını təyin etdiklərini söyləyib.
 
 Dr. Ömər Orkun bildirib ki, bu, kritik rəqəmdir. Aşkar edilən patogenlərdən 10-nun insana yoluxa bildiyi ortaya çıxıb. Onlardan biri Avropada yeni ortaya çıxan patogendir. Orkun qeyd edib ki,  bu növ Avropada ən çox araşdırılan gənə növüdür. Türkiyədə isə yenidir. Xüsusilə Anadolunun şimalında və İstanbulda yayılma riski böyükdür. Sözügedən bakteriya insanlarda qan damarlarının iltihabı və tıxanması ilə bağlı bəzi pozuntulara səbəb ola bilər. Ömər Orkun onu da bildirib ki, keçmişdə immun sistemi zəifləmiş və ya təzyiqi olan insanların bu bakteriyaya yoluxduğu deyilsə də, indi immun sistemi çox yaxşı olan sağlam insanlarda belə bu hala rast gəlinə bilər.
 
Paralel.az
0.12107110023499