2024-cü ilin sonuna 100 % optik internet şəbəkəsi qurulacaq

2024-cü ilin sonuna 100 % optik internet şəbəkəsi qurulacaq
 



2024-cü ilin sonunadək isə Azərbaycanda 100 % optik internet şəbəkəsi qurulacaq, bunu Tbilisidə keçirilən "Beynəlxalq Rəqəmsal Əlaqə Sammiti – 2022”də iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, ilin sonunadək çəkiləcək fiberoptik internet şəbəkəsi 800 min nəfəri yüksəksürətli internetlə təmin edəcək.

"Biz son bir il ərzində "Aztelekom", "Baktelekom" vasitəsilə fiberoptik şəbəkənin genişləndirilməsinə başlamışıq. Bu günə artıq 600 min əhalinin yaşadığı ərazidə optik internetin verilməsi imkanları mövcuddur. İlin sonuna bu rəqəm 800 minə çatdırılacaq və 2024-cü ilin sonunadək Azərbaycanda 100 % yüksəksürətli optik internet şəbəkəsi qurulacaq”, - nazir müavini bildirib.

Paralel.az

 
 
 
0.02173900604248