Tələbə adınız mübarək olsun!

Tələbə adınız mübarək olsun!
 



"Bəzən görürsən ki, deyirlər hər hansısa şagird əlavə məşğələlərə və ya kurslara getməsə bal toplaya bilməz, ay nə bilim universitetə qəbul ola bilməz...

Bu gün mən Azərbaycanımızın savadlı, bilikli, gecə - gündüz öz üzərilərində çalışan şagirdlərindən biri barədə danışmaq istəyirəm. O şagirdlərindən hansı ki, 11 illik orta məktəb həyatında bir dəfədə olsa əlavə məşğələyə və ya kursa getməyib özü tək başına evdə kitablardan oxuyub, öyrənib və Universitetə qəbul olub.

Şagirdin öz dilindən: "Mən Abuzərova Tünzalə Rahim qızı 2005-ci ildə Ağsu rayonunda anadan olmuşam. 2011-ci ildə Ağsu rayonunun Ərəbmehdibey kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşam. 2022-ci ildə həmin məktəbi bitirmişəm. Eyni ildə Riyaziyyat və İnformatika müəllimliyi ixtisasını seçərək 607,9 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin birinci kursuna qəbul olmuşam və 11 illik orta məktəb həyatında bir gün, para gün olsun heç bir məşğələ və ya kursa getməmişəm. Özüm evdə kitabları oxuyaraq 607.9 bal toplayaraq Universitetə qəbul olmuşam".

19.08.2022-ci ildə Ağsu rayonunda Ağsu rayon İcra Hakimiyyəti nin Başçısı cənab Rövşən Bağırov və Dağlıq Şirvan regional Təhsil idarəsinin müdiri Rövşən Əliyev yüksək bal toplayan tələbələrlə görüş keçirmişlər görüşdə Abuzərova Tünzalə Rəhim qızı fəxri fərmanla təltif olunmuşdur.

Bir Azərbaycan müəllimi kimi onu qeyd edim ki, o, bəzən deyirlər hər hansısa şagird əlavə məşğələlərə və ya kurslara getməsə bal toplaya bilməz, universitetə qəbul ola bilməz, bu fikir kökündən yanlışdır. Sadəcə hər bir şagirdin öz həvəsi, öz arzusu və öz istəyi olmalıdır əlbəttə bura o şagirdlərin ilk öncə valideynlərinin diqqəti lazımdır. Heç bir şagird müəllimdən qorxmur sadəcə hörmət edir ancaq bir çox şagird öz valideynlərindən çəkinirlər, ehtiyat edirlər bu valideyinlərə olan yaxşı tərbiyyədən də irəli gələ bilər hörmətdəndə.

Qəhrəman Azərbaycanımızın bütün tələbə adı qazanan Gənclərin və onların valideyinlərin təbrik edirəm, onlara uzun ömür, saf can, mənalı və bərəkətli həyat arzulayıram. Tələbə adınız mübarək olsun. Səsiniz həmişə yüksəklərdən gəlsin. Gələcəyimiz və gələcək nəsillər sizin eliminiz, işgüzarlığınız və rəhbərliyiniz altında inkişaf edəcək, tərəqqi edəcək, dünyada tanınacaq. Bütün Azərbaycanlı tələbələrə uğurlar arzulayıram !"

İngilis dili müəllimi Elnur Qasımov

Paralel.az

0.015069007873535