Yerində və vaxtında deyilən söz

Yerində və vaxtında deyilən söz
 



Elnur Qasımov:
Prezident Ilham Aliyev öz əsas vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır

Onun Azərbaycan xalqının taleyinə görə məsuliyyət daşıması onun üzərinə hələ gənc yaşlarındaykən düşmüşdür. Ilham Aliyev ilk dəfə Prezident seçiləndə 42 yaşı vardı. Müasir dünya tarixinə nəzər yetirsək, bu yaşda dövlət başçısına nadir hallarda rast gələrik. Bütün bu illər ərzində zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu missiyanın öhdəsindən heyrətamiz dərəcədə uğurla gəldi.

İlham Əliyevin həyatı uğur səhifələridir. Bunu bir xarizma, fitri liderlik istedadı da hesab etmək olar. Üstəlik o, Heydər Əliyev məktəbi keçib, siyasi-mənəvi baxışları bu məktəbdə formalaşıb. İdarəetməni dahi siyasi xadim, müasir müstəqil dövlətimizin banisi, xalqımızın ulu öndəri Heydər Əliyevdən əxz edib. Siyasətdə varislik prinsipi Prezident İlham Əliyevin bir çox çıxışlarında qırmızı xətt kimi keçir. Onu dünya liderlərindən fərqləndirən ən üstün cəhət xalqla daim təmasda, ünsiyyətdə olmasıdır. Müsahibələrindən birində deyir: “Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.

Zamanın çağırışı və xalqın müdrik seçimi

18 il əvvəl Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalqımız növbəti dəfə müdrik seçim edərək, gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi. Sözsüz ki, bu seçim Heydər Əliyev kursunun uğuru ilə yanaşı, onun varisinə inam və etimaddan qaynaqlanırdı.

İlham Əliyevin Prezidentlik dövrünü necə səciyyələndirmək olar? Bir cümlə ilə desək, bu illər ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb: istər iqtisadi-sosial və siyasi baxımdan, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından.
Digər baxış bucağından yanaşsaq, bu illər ərzində Azərbaycanın modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu görəcəyik. Ölkə həyatının bütün sahələri yenilənərək tanınmaz dərəcədə dəyişib. Bu yeniləşmə xalqın rifah halının davamlı olaraq yüksəlməsi, mövcud problemlərin böyük qisminin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib. Gözlərimiz qarşısında baş verən misilsiz inkişaf yalnız zəngin təbii sərvətlər – neft, qaz, bərəkətli torpaqlar hesabınamı mümkün olub? Yox, nefti və qazı Azərbaycandan qat-qat çox olan ölkələr var ki, səfalət içərisində yaşayır, münaqişələr girdabında boğulur. Söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. Praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və humanistlik – bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub. O, Azərbaycanı zamanın çağırışlarına məharətlə uyğunlaşdıra bilib.

Prezident İlham Əliyev öz əsas vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Elə buna görə də xalq öz liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir.

Etimad əmsalı və daim yüksələn reytinq

Dünya praktikasına nəzər salsaq, prezident seçkilərindən sonra liderlərin reytinqinin adətən aşağı düşdüyünü görərik. Bu, onunla izah olunur ki, dövlət başçıları seçkiqabağı vədlərinin heç də hamısını yerinə yetirə bilmir, yaxud cəmiyyətin mənafeyi və maraqları ilə toqquşan addımlar atırlar. Onların fəaliyyətinin bəyənilmə əmsalı ən yaxşı halda 50-60 faizdən yuxarı qalxmır. Prezident İlham Əliyevin reytinqi isə sabit və kifayət qədər yüksəkdir.

Vədlə işin vəhdəti

Prezident İlham Əliyevin indiyədək verdiyi heç bir vəd söz olaraq qalmayıb. Xatırlayırsınızsa, neft gəlirlərinin kəskin şəkildə azaldığı, dünyanın qlobal maliyyə böhranı ilə üzləşdiyi vaxtlarda belə, Azərbaycanda sosial proqramların hamısı icra edilib. İlham Əliyev başladığı hər bir işi uğurla başa çatdırmağa nail olub. Əhali ilə birbaşa təmasda olan Prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görüb. Çoxlarının yadında olar, İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən 600 mindən çox iş yeri yaradılacağını bildirmişdi. O vaxt bəziləri buna fantastika kimi baxırdı. Ancaq bütün bu keçdiyimiz illər ərzində Prezident bu vədindən qat - qat artığın yerinə yetirib...

İlham Əliyev Prezident seçildiyi ilk gündən ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə söz vermişdi. Demişdi ki, hər bir vətəndaşın Prezidenti olacaq. Bu və digər vədlərin hər biri əməli işlərlə tamamlanıb.
Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Bu güclü, sözün hər bir mənasında, müstəqil, gündən-günə modernləşən Azərbaycan İlham Əliyevin əsəridir.

Yerində və vaxtında deyilən söz

Son 18 ildə biz möhtərəm Prezidentimizin bir çox beynəlxalq tribunalarda cəsarətli, dərin məntiqə söykənən çıxışlarının şahidi olmuşuq. İlham Əliyev ikili standartları çəkinmədən tənqid edir, milli maraqları qətiyyətlə qoruyur. Liderin qətiyyətinin, iradəsinin nəticəsidir ki, ən ağır vəziyyətlərdə belə Azərbaycan heç kimin qarşısında baş əymir, sözünü cəsarətlə və açıq deyir. Yerində və vaxtında deyilən söz, əlbəttə, daha kəsərli, daha təsirli olur. Çox da uzağa getmədən son illər baş vermiş iki hadisəni xatırlamaq kifayət edər. Ermənistanın baş naziri Paşinyan Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı sərsəm fikirlər səsləndirirdi. Azərbaycan Prezidenti isə ona cavab verməyə tələsmirdi, bunun üçün münasib məqam gözləyirdi.
Nəhayət, belə bir məqam yetişdi. İlham Əliyev sözünü Rusiyada, “Valday” Diskussiya Klubunun tribunasından dedi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Mötəbər tribunada, canlı efirdə deyilən bu sözü bütün dünya eşitdi. Hamıya bir daha agah oldu ki, Qarabağ Azərbaycanındır. Bütün bu keçdiyimiz illər ərzində Azərbaycanın lideri münaqişə ilə bağlı haqlı mövqeyindən bir addım da geri çəkiləmədi Nəhayət 2020 ci Sentyabrın 27 də başlanan 44 günlük Vətən Müharibəsində Ermənilərin və ümumilkdə bu qondarma dövlətə havadarlıq edən bütün dövlətlərin kürəyin həm siyasət meydanında həm döyüş meydanında elə yerə vurdu, elə vurdu ki, artıq il yarımdan çox vaxt keçib biri belə səsin çıxara bilmir.

Ailə ocağı və uğura gedən yol!

Prezident İlham Əliyev müsahibələrinin birində asudə vaxtını ailəsi ilə keçirdiyini, həyat üçün enerjini məhz ailəsində aldığını deyib. Bu da öz sözüdür: “Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram”. İlham Əliyev və Mehriban Əliyeva uzun illərdir həyat yollarında birgə addımlayırlar. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayan, yüksək intellektə malik, prinsipial və xeyirxah insan olan birinci xanım Mehriban Əliyeva xalqın böyük məhəbbətini, rəğbətini qazanıb. Onun uzun illərdir ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz mühüm proqramları, bənzərsiz layihələri ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir. Mehriban xanım Prezidentin ən yaxın silahdaşıdır. Birinci xanım kimi üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək ölkə üçün taleyüklü məsələlərin həllində dövlətimizin başçısına çox böyük dəstək verir. Hesab edir ki, dövlət qurumlarında çalışan hər kəs gündəlik fəaliyyətində “insanpərvərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq” kimi mənəvi dəyərləri uca tutmalıdır və yalnız bu halda ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Zənnimcə, Ilham Aliyev in uğur yolu başlanğıcını məhz ideal ailə ocağından götürüb. O, zəmanəmizin dahi siyasi xadimlərindən biri olan Heydər Əliyevin və görkəmli alimimiz Zərifə Əliyevanın əlindən su içib, onların tərbiyəsini görüb.

Sonradan tale ona Mehriban xanım kimi əsil-nəcabətli, həssas qəlbli, mənən zəngin ömür-gün yoldaşı nəsib edib.

Prezidentin və ölkənin Birinci xanımı hörmətli Mehriban Əliyeva nın ictimai-siyasi baxışları hər zaman üst-üstə düşür, bir-birini tamamlayır və bu, Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biridir. Ulu Öndərimiz təcrübəsini zamanında addım-addım öz varisinə ötürüb, ona müxtəlif vəziyyətlərdə necə davranmaq lazım gəldiyini öyrədib. Bunun nəticəsidir ki, Azərbaycanın XXI əsrdə yeni lideri olan İlham Əliyev öz dövrünü, zamanı qabaqlayan, möhkəm xarakterə malik kamil şəxsiyyət kimi yetişib və bu, Prezidentimizin istər daxili, istərsə də xarici siyasətdə atdığı hər bir addımda özünü göstərir. O, narahat bir regionda yerləşən Azərbaycanı təhlükəsizlik adasına, müasir iqtisadiyyata malik ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirib !

Paralel.az

0.031770944595337