Ölkə yeni tədris ilinə hazırdırmı?

Ölkə yeni tədris ilinə hazırdırmı?
 

 

Kamran Əsədov:

1. Mikroərazi prinsipinə uyğun olaraq valideynlər övladlarını məktəblərə yerləşdirməlidir. Lakin görünən odur ki, tədris ilinin başlanmasına qədər valideynlərin elektron müraciət və ərizələrinə baxılmayacaq və şagirdlər tam olaraq təhsilə cəlb edilməyəcək. Müsahibədən keçənlərin də mühüm hissəsi rus sektoruna qəbul oluna bilməməsi ayrı bir mövzudur.

2. Hər il dərsliklərin şagirdlərə paylanması qrafiki barədə əmr imzalanardır və tədris ilinin başlanmasına qədər dərslikləri məktəblər şagirdlərə paylayardılar. Bu il belə bir göstəriş də olmadı, heç yeni dərsliklər də məktəblərə gəlib çatmayıb. Özəl ali məktəblər öz pulları ilə belə dərslikləri tapıb ala bilmir ki, heç olmazsa onlar tədrisi normal təşkil edə bilsinlər. Demək ən yaxşı halda tədris ili müddətində şagirdlər dərsliklərlə qismən təmin edilə bilinəcək.

3. Yeni tədris ilinə qədər məktəblərdə dərs bölgüsü aparılmalıdır. Lakin hələ də vakansiyalara uyğun müəllimlər məktəblərə göndərilməyib və məktəb direktorlarına digər məktəblərdən müəllim dəvət etmək səlahiyyəti də hələki verilməyib. Bu o deməkdir ki tədris ili başlanandan sonra da dərs bölgüsü və dərs cədvəlləri də hazır olmayacaq. 

4. Bakı Tikiş Evinin rəhbərliyi də məktəblərin başlanamsına qədər bütün şagirdləri məktəbli forması ilə təmin edə bilməyəcəyini bildirir. Məktəbli formalarının məcburi olmaması bildirilsə də Bakı, Sumqayıt və Abşeron məktəblərinin rəhbərliyi bunu israrla valideynlərdən tələb edirlər. Bütün paltar mağazlarının önündə növbə və narazılıqlar gözə dəyir.

5. Sertifikasiyadan keçə bilməyən müəllimləri rəsmən valideynlər və şagirdlər qarşısında açıq təhqir edirlər. Onlar və sertifikasiyaya cəlb ediləcək digər müəllimlər bu tədris ilindən ödənişli təlimlərə cəlb olunmaq və özünüətəhsil yolunu tutacaqlar. Yəni növbəti illərdə sertifikasiya prossindən uğurla keçmək və maaşa daha çox əlavələr almaq müəllimlərin əsas işi, məktəblərdə keyfiyyətli dərs demək isə onalr üçün əhəmiyyətsiz iş olacaq.

Beləliklə son bir-neçə ildə pandemiyaya görə təhsilin normal təşkil olunmamasının ardından, qarşıdakı bir-neçə ildə də sadaladığımız və sadalamadığımız səbəblərdən ölkədə normal təhsil prosesi mümükün olmayacaq.

Paralel.az

0.022377014160156