ABŞ Tayvanı Çinin hücumlarından qorumaq istəyir?

ABŞ Tayvanı Çinin hücumlarından qorumaq istəyir?
 

Çingiz Şahbazi:

"Abş, doğrudanmı Tayvanı Çinin "gözlənilən" hücumlarından qorumaq istəyir? Həqiqətənmi Çin, Tayvanı işğal etmək istəyir?
Onda görəsən Azərbaycan torpaqlarında, Rusiyanın işğalçı Ermənistana verdiyi dəstəkdən dolayı bütün beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına rəğmən, ABŞ Tayvana göstərdiyi o canfəşanlığı bizə nə üçün göstərmədi?

Əksinə ATƏT-in Minsk qrupunun həmsədri kimi, əks qütbdə duran əzəli rəqibi olan digər həmsədr Rusiya ilə işğalçı Ermənistana faydalı olmağa çalışdı.

ABŞ - ın yürütdüyü bu siyasətin faydalarını Əfqanıstan, İraq, Suriya və digər ölkələrdə görə bildikmi? 

Hazırda Ukraynada gedən dəhşətli müharibənin hibrid iştirakçısı olan ABŞ həqiqətənmi Ukrayna xalqını düşünür və onları işğalçı Rusiyanın əlindən qurtarmaq üçün bu qədər pul xərcləyir?

Bəs onda ABŞ nə etmək fikrindədir? Əslində yeni dünya nizamına hesablanmış bu siyasətin arxasında, təkqütblü , mərkəzləşdirilmiş idarəetmə sisteminə startın verilməsidir. Rusiyanı bu oyuna gətirənlər, Çin üçün də maraqlı senarilər mütləq ki hazırlayıblar. Amma inanmıram ki, Çin Rusiyanın səhvlərini təkrarlasın."

Paralel.az

0.049654960632324