“KİM SİZİ QƏYYUM EDİB HÖKM(çirkab) EDƏSİZ(atasız) BİZLƏRƏ"?

“KİM SİZİ QƏYYUM EDİB HÖKM(çirkab) EDƏSİZ(atasız) BİZLƏRƏ
 

Rövşən Kəbirli:

Zorən Türkiyə - Azərbaycan - Rusiya qardaşlığı qurmaq istəyən birisi bugünlərdə “Paralel” qəzetinin və eyni adlı saytın təsisçisi Tapdıq Abbasa sataşmaq kimi axmaq bir sevdaya düşüb. 

Guya ki, qəzetdə çalışanlar hamısı baş redaktorun doğmalarıdır və qeyd edib ki, dövlətin zamanında ayırdığı vəsait boşuna xərclənib.

Özünü məlumatlı şəxs kimi göstərməyə çalışan bu binəvaya bəzi mətləbləri xatırlatmağa ehtiyac var.

1. Tapdıq Abbas əvvəlcə 1992-ci ildən, bilavasitə, 1994-cü ildən başlayaraq media sahəsində fəaliyyət göstərib. 2002-ci ildən isə təsisçisi və baş redaktoru olduğu qəzetə rəhbərlik edir. Qeyd edim ki, qəzet sahibkarlıq subyekti statusuyla MMC kimi qeydiyyatdan keçib.

 Başqa sözlə, adı çəkilən qəzet və sayt T. Abbasın şəxsi mülkiyyətidir. Bu o deməkdir ki, mülkiyyətçi kimi qəzetə əməkdaş götürmək onun müstəsna səlahiyyətidir. Kimsə buna etiraz edirsə onda ailə və qohumlardan təşkil olunmuş fermer təsərrüfatları da fəaliyyət göstərməməli, yaxud qınaq obyekti olmalıdır. 

2. İşsizliyin tüğyan etdiyi bir zamanda hansı sahibkar çörəyi doğmalarına yox, kənar şəxslərə verər? Hərçənd zamanla “Paralel” qəzetində işləyib ailəsinə çörək aparan, qononar müqabildə əməkdaşlıq edən onlarla jurnalist olub ki, onların T. Abbasla yaxından uzaqdan heç bir qohuluq bağları olmayıb.

3. Ey Dövlət yardımını qabardan “hərşeyşünaslar”! Təkrar edirəm ki, qəzet 2002-ci ildən nəşr olunur, dövlət yardımı isə 2009-cu ildən ayrılmağa başladı. Açması odur ki, qəzet 7 il öz gəliri hesabına fəaliyyət göstərib. Və əgər yardım adıyla qəzetləri eynisifət və yaltaqlıq tribunasına çevirməsəydilər, belə də davam edəcəkdi. 

Son ilyarımda “Paralel” qəzeti ayağını azacıq cızılmış xəttən kənara qoyub, media subyekti olaraq özünü bərpa etmək istəyirdi ki, o da tavanıza "yal tökənlərin" xoşuna gəlmədi və qəzetin maliyyə yardımını kəsdilər.

4. Əgər T. Abbas doğmalarını işə cəlb etməsəydi ötən 20 ildə cüzü əmək haqqına və bəzən aylarla verilməyən maaşa hansı fanat jurnalist və texniki işçi tab gətirib işləyə bilərdi?

Məlumatlı "həmkar" bilməmiş olmazsan, təxminən 4 il də mən o qəzetdə cüzi maaşa işləmiş, 8 ay isə qara qəpik də almamışam. Tapdıq bəylə aramızdakı haqqı-salam, həmkar zor durumda olarkən onun yanında olmaq xatirinə... Təbii ki, belə şeyləri sizlər başa düşməzsiniz...

P.S: Gözləyirəm görüm məlumatlı adamın hələ də "qazandan" pay alan daha hansı sayt, yaxud qəzet barədə faktları açmağa cəsarəti çatacaq.

Bu arada məni də maliyyələşdirən məmurun adını açıqlasan kişi adam olarsan. 

Türkiyə-Azərbaycan-Rusiya üçbucağını da unutma!

Paralel.az

0.014451026916504